Ombudsman: “Milli zəmində şikayət almamışam”
APA-nın məlumatına görə “Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçirilən konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Konfrans işini iyunun 18-dək davam etdirəcək.
Konfransın açılışında çıxış edən ombudsman Elmira Süleymanova deyib ki, əhalisinin sayı 9 milyonu keçən Azərbaycanda 90-a qədər milli azlıq nümayəndəsi yaşayır. Bu isə dini müxtəlifliyə zəmin yaradır: “Yüz illiklərdir Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılıb. Azərbaycanda ombudsman təsisatının fəaliyyət göstərdiyi 9 il ərzində bir dəfə də olsun milli zəmində şikayət almamışam”.
E. Süleymanova qeyd edib ki, hazırda Azərbaycanda olan miqrantların sayı 450 min nəfər təşkil edir. Onların əksəriyyəti əmək miqrantlarıdır. Ombudsman xatırladıb ki, Azərbaycan 20 ilə yaxın müddətdə erməni təcavüzü ilə üzləşib. Ölkədə erməni təcavüzündən ziyan çəkən 1 milyondan artıq şəxs var. Onlardan 600 mindən çoxunu məcburi köçkünlər təşkil edir.
Baş nazirini müavini, Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə deyib ki, Azərbaycanda milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün tam hüquqi baza yaradılıb. Azərbaycanın tolerant ölkə olduğunu deyən Ə. Həsənov ölkədə 380-dən artıq dini icmanın qeydiyyatdan keçdiyini, onlardan 31-nin qeyri-islam dini icma olduğunu bildirib.
Ə. Həsənov bildirib ki, ölkədə miqrasiya sahəsində də böyük işlər görülür: “On il əvvəl Azərbaycanda digər ölkələrdən olan 12 min qaçqın var idisə, hazırda bu rəqəm 2500-ə enib”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə deyib ki, Azərbaycan həmişə ürək açıqlığı, qonaqpərvərliyi, hər millətə, dinə hörmətlə yanaşması ilə seçilib: “Azərbaycan gerçəkliyini, tolerantlığını hər bir azərbaycanlı ilə təmasda hiss etmək mümkündür. Hansı millətə mənsub olmasından asılı olmayaraq, Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır”.
Qeyd edək ki, UNESCO-nun təşəbbüsü ilə keçirilən konfransda müxtəlif ölkələrdən 48 xarici qonaq, o cümlədən İsveç, Norveç Hindistan, Tailand, Pakistan, Sloveniya, Rusiya və onun 12 subyektinin, Ukrayna və Moldovanın ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

655