Türkiyədə partiyaların parlament seçkisinin nəticələrinə reaksiyası - SORĞU
“Seçkidən türk milləti qalib çıxıb. Seçkinin qalibi millətimiz və demokratiyamız olub. Bizə güvənən məzlum və əzilən insanlar bu seçkidə qalib gəlib”.
Bu sözləri iyunun 12-də keçirilən parlament seçkilərinin nəticələrini APA-ya şərh edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraş millət vəkili Nevzat Pakdil deyib. H. Pakdil seçkilərin nəticələrinin dünyada geniş əks-səda yaratdığına diqqət çəkib: “Çünki mərhum Adnan Menderesdən sonra Türkiyədə təkbaşına üçüncü dəfə iqtidara gələn bir siyasi partiya var. Hər iki seçicinin bizə səs verməsi nəticəsində reytinqimizi artıraraq seçkilərdən uğurla çıxmışıq. Bu seçkinin Türkiyədəki sabitliyi qoruyacağına əminəm. Bu sabitlik nəticəsində Türkiyə iqtisadi, siyasi, hüquqi sahələrdə böyük uğurlara imza atacaq. Bu imkanı bizə verdiyinə görə millətimizə təşəkkür edirik”.
Cümhuriyyət Xalq Partiyası (CHP) Adana millət vəkili, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Faruk Loğoğlu isə demokratik şəraitdə keçirilən seçkinin nəticələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb: “CHP parlamentdəki yerlərinin sayını artırsa da, biz daha çox mandat gözləyirdik. Bu nəticə CHP sədrini gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün həvəsləndirəcək”.
Cəmiyyətin yeni bir Konstitusiya gözlədiyini xatırladan sabiq diplomat bu Konstitusiyanın hansı metodlarla yazılacağının önəmli olduğunu söyləyib: “Hörmətli baş nazir siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fikrini öyrənərsə, bu, çox yaxşı olacaq. CHP demokratiya, hüququn üstünlüyü, insan haqlarına söykənən, azadlıqları genişləndirən, hakimiyyət qollarının bölünməsinə böyük önəm verən bir partiyadır. İqtidar partiyası da bu şəkildə hərəkət edərsə, heç bir problem qalmaz. Ancaq o şəkildə olacağını zənn etmirəm. Bir də prezident üsul-idarəsindən söhbət gedir. Baş nazir əvvəllər də bütün xalqın – ona səs verməyənlərin də hökumət başçısı olduğunu demişdi, o cür olmadığını gördük. Əgər bu dəfə də sadəcə Məclisdəki çoxluğun iradəsi ilə hərəkət etsələr, hər şey çox çətin olacaq. Konstitusiyanın ilk 3 maddəsi - yəni cümhuriyyətin prinsipləri ilə bağlı maddələr dəyişdirilə bilməz. Ona görə də yığcam bir Konstitusiyaya ehtiyacımız var ki, orada əsas diqqət hakimiyyət qollarının bölünməsinə yetirilməlidir”.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankara millət vəkili Toğrul Türkeş də seçkidən əvvəl MHP olaraq daha çox mandat qazanmağı qarşılarına məqsəd qoyduqlarını nəzərə çatdırıb: “Ancaq MHP şiddətli hücuma məruz qaldı. Liderimiz Dövlət bəyin çıxışlarını lağa qoymaq da daxil olmaqla, bizə qarşı şantajların hamısı bir planın parçası idi. Bu planın həyata keçirilməsinə seçkidən qabaq başlanmamışdı, hələ keçən ilin 12 sentyabrında keçirilən referendumdan etibarən MHP-nin növbəti seçkidə minimal baryeri keçə bilməyəcəyini təbliğ edirdilər. Lakin tərəfdarlarımız qətiyyətli hərəkət edərək bizim parlamentə getməyimizə nail oldular. Normal şərtlər olsaydı, MHP-nin haqqı daha çox mandat əldə etmək idi”.
İqtidara yaxın media orqanlarında Türkiyə Konstitusiyasının ilk 3 maddəsinin dəyişdirilə biləcəyinə dair söhbətlərə toxunan T. Türkeş bildirib ki, belə bir şeydən söhbət gedə bilməz: “Biz bunu qəbul etmərik, çünki Konstitusiyanın ilk 3 maddəsinin dəyişdirilməsinə ehtiyac yoxdur. Bunu əvvəllər də gündəliyə gətirənlərdən səbəb soruşanda bizə qaneedici cavab verə bilməmişdilər. Konstitusiya dəyişikliyi sözgəlişi bir şey deyil. Digər tərəfdən, bu maddələr Türkiyə Cümhuriyyətinin 90 illik tarixində ölkəni bütöv halda saxlayan təməl elementlərdir. Ona görə də o maddələrin dəyişdirilməsinə qarşı çıxırıq. Keçmişdən bu günə qədər MHP-nin siyasi mövqeyi bəllidir. Bizim mövqeyimizdə asanlıqla dəyişiklik ola bilməz”.
Yeni parlamentin ən yaşlı üzvü olduğu üçün TBMM-nin ilk iclasını açacaq Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili, jurnalist-yazar Oktay Ekşi də əslində daha çox mandat qazanmağı gözlədiklərini etiraf edib: “Ancaq əziz millətimiz bu iqtidarın 4 il də davamına qərar verdi. Millətimizin iradəsinə sayğı duyuruq”.

370