Azərbaycan Ordusunda “Kalaşnikov”a rəqib gəlir
Azərbaycan may ayının 11-də imzalanmış müqaviləyə əsasən Türkiyənin hələ yaradılma mərhələsində olan Modern Piyada Tüfəngi (MPT) layihəsinə qatıldı. Xeyli müddətdir yayılan xəbərlərin sonunda imzaların atılması ilə Azərbaycan bu layihəyə qatılan ilk xarici dövlət oldu. MPT layihəsi Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun yeni atıcı silahla təchizatının başlanğıcı da hesab olunur.
Bu ilin ortalarında prototiplərinin testləri başa çatacaq MPT-nin istehsalına sentyabr-oktyabr aylarında başlanılması gözlənilir. Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatında (MKEK) reallaşdırılan layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələri üçün tələb olunan sayda piyada tüfənglərinin istehsalına başlanılacaq. Testlərdən sonra tərəflər arasında daha bir anlaşmanın imzalanması gözlənilir ki, burada da tələbin miqdarı, Azərbaycanın bu layihədə iştirakı, investisiya yatırımı, bəzi hissələrin birgə istehsalı və s. əksini tapacaq.
Maraqlısı odur ki, “FN Herstal” şirkətinin SCAR, “Colt” şirkətinin M-16, CM-901 kimi müasir tüfəngləri ilə rəqabət aparacaq bu silahın yüzdə yüz türk mühəndisləri tərəfindən hazırlanması prosesi həyata keçirilir.
MKEK şirkətinin nümayəndəsi Akif Akgülün sözlərinə görə, yeni silah hazırda Türkiyə Silahlı Qüvvələrinin müxtəlif strukturlarında istifadə olunan G3, M16 və “Kalaşnikov” avtomat tüfənglərindən tam fərqlənir: “Bu Türk mühəndisləri tərəfindən dizayn edilmiş və 100 faiz milli bir silah olaraq NATO standartlarına uyğun 7.62x51 çaplı güllələrdən atəş açacaq. Artıq Silahın 3 prototipinin yaradılması başa çatdırılıb. Hazırda sınaq testləri aparılır”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri ordunun başlanğıc mərhələdə 500 min ədəd olmaqla, yeni atıcı silahla təchiz olunması üçün bir neçə il əvvəl tender elan etmişdi. O zaman tenderə Avstriyadan “Steyr Aug”, İsraildən “Galil”, ABŞ-dan M16A2, Almaniyadan HK-33, Fransadan “Famas”, Sinqapurdan “Sar-80” modelli tüfənglər təqdim olunmuşdu. Lakin sonda Silahlı Qüvvələr tenderi ləğv edərək MPT-nin yaradılmasına qərar verdi və bu iş MKEK şirkətinə həvalə olundu.
İDEF-2011 müdafiə sərgisində iştirak edən Lent.az-ın əməkdaşı MKEK mühəndisləri ilə söhbətində bir neçə ildən sonra Azərbaycanın da sahiblənəcəyi silahla bağlı bəzi bilgiləri əldə edib. MKEK nümayəndələri deyirlər ki, yeni silah Türkiyə Silahlı Qüvvələrinin istəkləri nəzərə alınmaqla, son texnologiyalardan istifadə etməklə yaradılıb. Bu eyni zamanda dünyada son nəsil (üçüncü nəsil) piyada tüfənglərinin üstün özəlliklərini özündə cəmləşdirir. Hazırda 3 fərqli prototipi yaradılmış MPT-nin yaxın bir iki aya seriyalı istehsalı həyata keçiriləcək prototipi seçiləcək. Bundan sonra payızda istehsalına başlanacaq.
Türkiyə ekspertlərinin fikrincə, hazırda orduda istifadə olunan G3 daha çox nizami orduların qarşılaşdığı “meydan savaşları”na yarayır. Çəkisi ağır, texniki baxımı çətindir. MPT isə daha yüngül və sökülüb yığılması, təmiri asan bir silahdır. Eyni zamanda bu silahın lüləsinin atış ömrü G3-dən çox, ölçüsü isə qısadır.
Silahın çəkisi 3700 qram, uzunluğu 920 mm-dir. 7.62 mm çaplı güllələrdən atəş açan bu silahın təsirli məsafəsi isə 400 metr, lüləsinin atış ömrü isə 10 min güllədir. Silahın üzərinə gecə görmə durbini, fənər, lazer tuşlayıcı, qumbaraatan və s. bağlamaq mümkün olacaq. Darağı 20 güllə tutacaq silahın gülləsinin lülədən çıxış sürəti isə saniyədə 500 metr təşkil edir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri isə MPT-dən yüksək nəticələr gözləyirlər. Azərbaycanlı ekspertlərin fikrincə, Türkiyənin yaratdığı, istehsalında Azərbaycanın da iştirak edəcəyi bu silah gələcəkdə Azərbaycan Ordusunun əsas atıcı silahına çevirlə bilər. Bu silahla yanaşı “Kalaşnikov” avtomat tüfənglərinin də ordunun hələ bir neçə on il istifadə edəcəyini deyən mütəxəssislərin fikrincə, hər bir silahın istifadə, atış imkanları baxımından müxtəlif üstünlükləri var. Hazırda Azərbaycan AK-74M markalı avtomatın istehsalını da həyata keçirir ki, MPT ilə yanaşı bu silahın da yerli müəssisələrdə istehsalı həyata keçiriləcək. Artıq bu il Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində MSN Müdafiə Nazirliyindən 5 min ədəd AK-74M silahını sifariş alıb və tədarük bu il ərzində də yerinə yetiriləcək. Azərbaycan lisenziya əsasında istehsal etdiyi bu silahlara bəzi əlavələr də edib. Belə ki, Rusiya və Ukraynada istehsal olunan anoloqlarından fərqli olaraq AK-74M gövdəsi dəyişikdir. Bu da silahın üzərinə optik nişangah, lüləaltı qumbaraatan, fənər bağlamağa imkan verir.
Rəşad

1489