Səfir: “Azərbaycan-NATO tərəfdaşlığı möhkəmlənib” - MÜSAHİBƏ
- Azərbaycan-NATO tərəfdaşlığını hazırda necə xarakterizə edərdiniz?
- Qarşılıqlı maraqlara əsaslanan, dinamik və çoxşaxəli tərəfdaşlıq kimi. Azərbaycan-NATO tərəfdaşlığı 1994-cü ildən bu günədək böyük inkişaf yolu keçərək möhkəmlənib və məzmunca dərinləşib. Fərdi Tərəfdaşlıq Əməliyyat Planı, Planlaşdırma və Təhlil Prosesi kimi mexanizmlərdən geniş istifadə olunur, siyasi dialoq, əməliyyatlar və islahatlar istiqamətlərində fəal iş aparılır. Təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, Azərbaycan öz səylərini əsirgəmir və BMT TŞ mandatı ilə NATO rəhbərliyi altında aparılan əməliyyatlara töhfə verir.
NATO, öz növbəsində, son sammit və xarici işlər nazirlərinin toplantısında sonra tərəfdaşlığa xüsusi önəm verir. Maraqlısı odur ki, yeni tərəfdaşlıq sənədlərində prioritet verilən praktiklik Azərbaycanın NATO ilə əməkdaşlığında ilk günlərdən əsas meyarlardan biri kimi götürülüb və beləliklə düzgün strategiyanın təzahürüdür.
- Mayın 27-30-da keçiriləcək NATO Parlament Assambleyasının sessiyanın çərçivəsində Azərbaycan ilə bağlı müzakirələr planlaşdırırmı? Bəzi Azərbaycan millət vəkilləri Fariz Bədəlovun qətli məsələsini Assambleyanın sessiyasında qaldıracaqlarını bildiriblər.
- NATO-Azərbaycan tərəfdaşlığının irəli aparılmasında parlament ölçüsü əhəmiyyətlidir. Milli Məclis NATO Parlament Assambleyasının (PA) assosiativ üzvü kimi bu qurumun işində fəal iştirak edir və hətta bəzi PA tədbirlərinə ev sahibliyi edib. Məsələn, 2004-cü və 2008-ci illərdə PA-nın Rouz-Rot seminarları ölkəmizdə keçirilib.
Eyni zamanda qeyd etmək lazımdır ki, qaydalara əsasən, hakimiyyətin müstəqil qolu və qanunverici orqan kimi, Milli Məclis NATO Parlament Assambleyası ilə əməkdaşlığını birbaşa həyata keçirir.
- Azərbaycanın Əfqanıstanda öz hərbi kontingentini artırmaq planları varmı?
- Azərbaycan beynəlxalq ictimaiyyətin Əfqanıstanla bağlı səylərinə aktiv şəkildə öz töhfəsini verir. Azərbaycan ISAF əməliyyatına ilk qoşulan tərəfdaş dövlətlərdəndir və son illərdə əməliyyata töhfəmiz bir neçə dəfə artırılıb. Sonuncu dəfə 2010-cu ildə Azərbaycan hərbi həkim və mühəndis istehkamçıları göndərib.
Nəzərə almaq lazımdır ki, beynəlxalq ictimaiyyət və NATO-nun hazırkı dövrdə Əfqanıstanla bağlı müəyyən etdiyi əsas prioriteti bu ölkənin vətəndaşları üçün təlim keçməkdir. Bu xüsusda, hərbi qüvvə töhfəsindən əlavə, Azərbaycan Əfqanıstan mülki və hərbi qulluqçularına müxtəlif sahələrdə treninq və kurslar təşkil edir, habelə humanitar mina təmizləmə sahəsində əməkdaşlıq edir. Əfqanıstan vətəndaşları təlim keçirilməsində Azərbaycan Diplomatik Akademiyası ən fəallardan biridir və hal-hazırda əfqan dinləyicilər üçün “2-ci Bakı Dövlət İdarəçiliyi: Keçid Dövrünün Tənzimlənməsi” kursu keçirir.
- NATO-nun Liviyadakı hərbi əməliyyatını necə qiymətləndirirsiniz?
- Məsələnin beynəlxalq hüquqi aspektinə toxunaraq qeyd etmək lazımdır ki, bu əməliyyat BMT TŞ-nin müvafiq qətnaməsi əsasında aparılır. Biz də, BMT üzvü olaraq Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının məcburiliyini və bütün BMT TŞ qətnamələrinin eyni cür iradə və sadiqliklə yerinə yetirilməsinin vacibliyini qeyd edirik.

630