Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfəri ilə bağlı bu ölkədə ingilis dilində çap edilən “The News” qəzetində geniş məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Meksikada yeganə ingilisdilli mətbu orqan olan bu qəzetdə işıq üzü görən məqalədə Elmar Məmmədyarovun fikirlərinə istinad olunur və qeyd edilir ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib.
Eyni zamanda Azərbaycan Meksika hökuməti tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin gələcəkdə də müntəzəm şəkildə dəstəklənəcəyinə ümid edir. Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmələr, Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin məhv edilməsindən söz açılır. Azərbaycanın mövqeyinin BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı da bildirilir.
BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə istinad edilərək vurğulanır ki, bu sənədlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində suverenliyi və ərazi bütövlüyünün tanındığının əsas göstəricisidir. Eyni zamanda danışıqlar prosesinin uğurla nəticələnməsi Ermənistanın da eyni şəkildə konstruktiv mövqeyindən və beynəlxalq ictimaiyyətin müvafiq aktiv dəstəyindən asılıdır. Məqalədə Azərbaycan tərəfindən Latın Amerikası regionunda lider ölkələrdən biri və beynəlxalq təşkilatlar çərçivəsində xüsusi rolu olan Meksika ilə əməkdaşlıq məsələlərinə mühüm əhəmiyyət verildiyi, ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, o cümlədən enerji, informasiya texnologiyaları, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi perspektivlərinin araşdırıldığı qeyd edilir.
2008-ci ildən etibarən Azərbaycanın Meksikadakı səfirliyinin fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha intensiv şəkildə inkişaf etməyə başladığına da diqqət çəkilir.

415