Ramiz Həsənov Ço Gi Sonq ilə görüşüb
23 may 2011 19:19 (UTC +04:00)

Ramiz Həsənov Ço Gi Sonq ilə görüşüb

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq ilə görüş olub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşün əsas məqsədi iki qurum arasında sınaqlar və sertifikatlaşdırma sahəsində əməkdaşlığın qurulması, məlumat mübadiləsi, kadr hazırlığı və digər məsələlər olub.

Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkəmizdə iqtisadiyyatın və sahibkarlığın sürətli inkişafını, müasir istehsal texnologiyaları ilə təchiz edilmiş yeni təsərrüfat subyektlərinin yaradıldığını, keyfiyyətli və təhlükəsiz məhsul və malların istehsal həcminin artdığını qonaqların diqqətinə çatdırıb.

Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyaları ilə yaxından tanış olduğunu, burada yaradılan şəraitdən razı qaldığını deyib. Onun sözlərinə görə, burada yaradılmış şərait və kadr potensialı MDB ölkələri sırasında nümunə sayıla bilər. İkitərəfli münasibətlərin perspektivi haqqında danışan Ço Gi Sonq Azərbaycanda Cənubi Koreyanın qabaqcıl təcrübəsinin tətbiqi ilə bağlı əməkdaşlıq edəcəklərini və bu istiqamətdə layihələrin olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar