Orxan Əkbərov: “Gənclərə faizsiz ipoteka krediti verilməsini təklif etmişik” - MÜSAHİBƏ
Aprelin 21-də Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması prosesində gəncləri aktiv olmağa çağırıb. Bu görüşdə iştirak edən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri Orxan Əkbərov deyir ki, gənclərimiz vətəndaş cəmiyyətinin qurulmasında, dövlət quruculuğunda aktiv rol oynayırlar...
Orxan Əkbərov - 1983-cü ildə Bakıdan anadan olub. Dövlət xətti ilə Rusiya Dövlət Turizm və Sevis Universitetinə təhsil almağa getmişəm. Bakalavr və magistratura pillələrini həmin universitetdə əla qiymətlərlə bitirib. Hazırda İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Emi-Tədqiqat institutunun dissertantıdır. 2005-ci ildə Moskvada, Kremldə keçirilən bir tədbirdə “2005-ci ilin ən yaxşı tələbəsi” adına layiq görülüb. Dünyanın bir çox ölkəsində hələ də keçirilən “Stop ArmenianAggression” – “Erməni Aqressiyasına Son” aksiyalarının, 11-12 mart tarixlərində Strazburqda keçirilən “Azərbaycan 20-Baxış 2020” forumunun təşkilatçısıdır. BMT-nin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyaya ezam olunmuş nümayəndəsi olub. Hazırda dünyanın 40 ölkəsində olan Azərbaycanlı gənclərimizi özündə birləşdirən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədridir.
- Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında, vətəndaş cəmiyyəti və dövlət quruculuğu prosesində nə dərəcədə fəal iştirak edir?
- Son illərdə ölkədə gedən proseslər, yeni dövlət proqramları, ölkə başçısı tərəfindən imzalanan sərəncamlar günü gündən Azərbaycanın gəncinin ölkənin ictimai-siyasi həyatında rolunu sanki məcburi edir. Məcburi sözünü istifadə etməyimdə məqsəd və səbəb ondan ibarətdir ki, bu il “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının tərtib olunması və həyata keçirilməsi bir başa gənclərin özlərinə tapşırılıb. Bu mövzuda çoxsaylı debatlar, dəyirmi masalar, yığıncaqlar, iclaslar təşkil olunub və siyasi mövqeyindən asılı olmayaraq bütün gənclər bu prosesə cəlb edilib. Belə əhəmiyyətli proseslərdə Azərbaycan gəncinin sərbəst şəkildə iştirakı, onun birbaşa fikirlərini bildirməsi yolu ilə proqramın qurulmasında və həyata keçirilməsinə nəzarət prosesində iştirak etməsi göstərir ki, bu gün gənclərimiz vətəndaş cəmiyyətinin qurulmasında, dövlət quruculuğunda aktiv rol oynayırlar.
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüş sizdə hansı təəssüratı yaradıb?
- Bu, Prezidentin gənclərlə belə formatda keçirilmiş ilk görüşü idi. Görüşü biri sözlə ifadə et desələr, mən “səmimiyyət” deyərdim. Çünki sizinlə eyni masa arxasında əyləşən insan özünü o qədər sadə aparırdı ki, sanki arada insana elə gəlirdi ki, həmin insan sizin artıq çox illik dostunuzdur və hətta sanki bir yerdə təhsil almısınız. Əslində məhz bu hərəkətləri və münasibəti ilə Prezidentimiz bir daha sübut etdi ki, o Azərbaycan gəncinin dostudur və gənclərimizin fikri onun üçün çox böyük əhəmiyyət daşıyır. Vaxtının çox az olmasına baxmayaraq, bizə iki saat ayıran Prezident hər birimizi çox diqqətlə dinlədi, qeydlərini apardı və hər bir cümləmizə yorulmadan öz münasibətini bildirdi. Çox səmərəli görüşün nəticəsi olaraq da, funksional olaraq çox güclü bir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı hazırlanmaqdadır.
- Hazırlanmaqda olan “Azərbaycan gəncliyi Dövlət Proqramı”ilə bağlı hansı təklifləriniz var?
- Biz təkliflərimizi təkliflər paketi halında artıq təqdim etmişik. Qeyd edim ki, həmin paketdə 38 təklif yer alır. Prezidentlə olan görüşdə səsləndirdiyim 3 təklifi qeyd etmək istərdim. Bunlar artıq dövlət proqramına daxil edilib. İlk təklifim Bakıda beynəlxalq standartlara cavab verəcək və bütün gənclərə xitab edə biləcək çox funksiyalı gənclər mərkəzinin tikilişi ilə bağlıdır. İkinci təklifim xaricdə təhsillərini yaxşı şəkildə başa çatdıran gənclərimizin qayıtdıqdan sonra pedaqoji fəaliyyətə cəlb olunmaları ilə əlaqədardır. Üçüncü təklifim isə xaricdə çox tez-tez təşkil olunan tədbirlərin operativ maliyyələşmə sisteminin qurulması, dolayısı ilə isə qurulacaq olan gənclər fondunun bir qisminin buna yönləndirilməsi ilə bağlıdır.
- Ümumiləşdirsək, bu gün Azərbaycan gəncliyinin üzləşdiyi əsas problemlər hansılardır?
- Azərbaycan gənclərinin üzləşdiyi problemlər sırasında təhsil, iş, sosial problemlər və digər problemləri sadalamaq olar. Bu problemləri sıralamağım heç də o demək deyil ki, bu sahələrdə işlər görülmür və vəziyyət acınacaqlıdır. Xeyr. Bunları yazmaq səbəbi budur ki, bu sahələr bizim ən əhəmiyyət verməli olduğumuz sahələrdir ki, bütün saydıqlarım məsələlər ayrı-ayrı maddələr halında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına daxil edilib. Prezidentin də dediyi kimi, biz Azərbaycan təhsilini elə səviyyəyə gətirməliyik ki, gənclərimiz təhsil almaq üçün xaricə getmək ehtiyacı hiss etməsinlər. Eyni zamanda, Azərbaycanda gənclər üçün uyğun ola biləcək iş yerlərinin qurulması, gənc sahibkarlığın inkişaf etməsi üçün xüsusi biznes inkubatorların qurulması, gənc ailələrin rahat şəkildə ev ala bilmələri üçün güzəştli ipoteka kreditlərinin alınması bu gün üçün ən aktual problemlərdən sayılmaqdadır.
- Azərbaycanın inkişafında həlledici rol oynayacaq intellektual gəncliyin mənzil təminatı probleminin həlli istiqamətində təkliflərlə çıxış edəcəksinizmi?
- Biz artıq belə bir təklifi təkliflər paketinə daxil etmişik və əminəm ki, bu məsələ öz həllini tapacaq. Tələbələrə, gənc ailələrə təhsil kreditləri və mənzil üçün ipoteka kreditlərinin verilməsi bu gün çox aktual mövzudur. Konkret olaraq gənclərə faizsiz ipoteka kreditlərinin gənclərə verilməsini təklif etmişik. Amma maliyyə analizlərindən sonra bunun az faizli, yoxsa faizsiz olub olmayacağını artıq proqram qəbul olunduqdan sonra izləyə biləcəyik.
- Xaricdə təhsil alan tələbələrin işlə təminatı sahəsində hansı addımların atılmasını vacib sayırsınız?
- Əslində təcrübəmiz əsasında bunu deyə bilərik ki, xaricdə təhsilini yaxşı başa vurmuş heç bir gənc dostumuz bu gün işsiz deyil. Onlar ən gözəl yerlərdə, istər dövlət istərsə də özəl sektorlarda, yüksək maaşla rahat şəkildə özlərinə iş tapırlar. Lakin, bəzən onların özlərinə uyğun iş tapmaları bəzi səbəblərdən uzana və gecikə bilir. Bunun da səbəbi, xaricdən qayıtdıqdan sonra onların daxili bazarı yaxşı tanımamaları və hansı işi, harada və necə axtaracaqlarını bilməmələridir. Görüləcək işlər bundan ibarətdir ki, ASAİF kimi təşkilatlarla özəl və dövlət strukturlarının əlaqələri genişləndirilməli və xaricdə təhsil alıb ölkəyə geri dönən şəxsin ən uyğun iş yerinin tapılmasında məhz belə təşkilatlar mühüm rol oynamalıdırlar.
- Gənclər arasında vətənpərvərlik təbliğatı necə, qaneedici səviyyədədirmi?
- Düşünürəm ki, hər bir Azərbaycan gənci daxildə vətənpərvər olsa da, bu sahədə görülən işlər qaneedici deyil. Çünki heç də hər bir gəncin vətənpərvərlik hissləri istədiyimiz dərəcədə bariz və açıq deyil. Biz hər zaman çalışmalıyıq ki, Azərbaycan gənci öz daxilində prioritet maraqları sıralayanda, ilk sıraya Azərbaycanın milli maraqlarını qoya bilsin. Bunun üçün görüləcək işlər artıq ailələrdən başlayaraq, məktəblərə, universitetlərə və ictimai-siyasi və digər struktur və orqanlara ötürülməlidir.
Ramiz Mikayıloğlu

1505