“Müsavat Partiyasını dərnək də adlandırmaq olar”
“Təəssüf ki, radikal qanadın əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Bu gün də İsa Qəmbər, Əli Kərimli və onlar kimiləri ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər”.
APA-nın xəbərinə görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. YAP-ın saytına müsahibəsində M. Qurbanlı bildirib ki, Azərbaycanda radikal yönümlü siyasi proses praktik olaraq sönmək üzrədir: “Radikalların yenidən Azərbaycanın ictimai-siyasi həyatını pozmaq cəhdi iflasa uğrayıb. Radikal yönümlü müxalifət siyasi səhnədən demək olar ki, getməkdə, sosial dayaqlarını itirməkdədir. Azərbaycanda radikal şüarları müdafiə edən insanların ümumi sayı bəlkə də 0,1 faiz təşkil etmir. 2010-cu il parlament seçkilərində apardığımız təhlil göstərdi ki, bütövlükdə Azərbaycanda müxalifyönümlü insanların sayı 7 faiz civarındadır. Bunun da 0,1 faizi radikal çağırışları müdafiə edir. Bu gün Azərbaycan parlamentində siyasi dialoq mühitində iqtidarla müxalifət arasında rəqabət davam edir. Lakin bu rəqabət normal məcrada aparılır. Amma hələ də cəmiyyətdə radikal çağırışları gündəmdə saxlamaq istəyənlər var. Radikal çağırışlarla gündəmdə qalmaq istəyənlərin bir hissəsi Müsavat Partiyasındadır. Bu partiyanın say tərkibi o qədər azalıb ki, onu hazırda dərnək də adlandırmaq olar”.
M. Qurbanlı deyib ki, 11 martla bağlı “böyük xalq günü” sözünü işlətmək əslində tərbiyəsizlikdir - həm siyasi, həm də etika baxımından: “Bir qrup adam gəncləri ətrafına toplamaq istəsə də, bu cəhd iflasa uğradı. Azərbaycanın güclənməsi kimlərisə narahat edir, Azərbaycanın inkişafı erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri və həmin dairələrlə əlbir olan radikalları qane etmir. Radikallar “nə qədər pis olursa-olsun, bizim üçün yaxşıdır” prinsipi ilə millətin maraqlarına zidd hərəkətlər edir. Radikallar niyyətlərini gizlətmir, “biz bu hakimiyyətlə mübarizədə şeytanla belə əməkdaşlığa hazırıq” tezisini ortaya qoyurlar. Bütün bunlara rəğmən 11 martdakı iflas 12 martda da özünü göstərdi. Hesab edirəm ki, radikalizm Azərbaycanda sonuncu addımlarını atmaqdadır. Azərbaycanda normal iqtidar-müxalifət rəqabəti üçün müstəvi var”.

602