Xocalı soyqırımı 50 ölkədə anılıb
“Bir qədər əvvəl 20 Yanvar qırğınının, ardınca Xocalı faciəsinin ildönümünü qeyd etdik. Martın 31-də isə xalqımız 1918-ci ildə məruz qaldığı soyqırımı yada salacaq, növbəti ayda Kəlbəcər itkisini, daha sonra Şuşa və Laçını xatırlayacağıq. Bu faciəli hadisələri, acılı olayları yaddaşımızda təzələmək həm də onlardan nəticə çıxarmaq, ibrət götürmək deməkdir”.
Millət vəkili, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev Lent.az-a açıqlamasında belə deyib. Millət vəkili bildirib ki, son dövrlər həm ölkəmizin rəsmi qurumları, həm də qeyri-dövlət təsisatları tərəfindən Azərbaycan həqiqətlərini dünya birliyinə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq üçün sistemli, əlaqəli və ardıcıl fəaliyyət həyata keçirilir. Onun sözlərinə görə, bu il təkcə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı müxtəlif ölkələrdəki səfirliklərin, diaspor təşkilatlarının, millət vəkillərinin, qeyri-hökumət qurumlarının iştirakı və birgə səyləri ilə dünyanın 50-dən çox ölkəsində konfranslar, müxtəlif mərasimlər keçirilib, faciəni əks etdirən fotosərgilər, filmlər nümayiş olunub.
Həmçinin, dünya ölkələrinin nüfuzlu qəzetlərində Xocalı soyqırımına həsr olunmuş məqalələr çap olunub, televiziya və radio kanallarında verilişlər yayımlanıb.
Rövşən Rzayev deyib ki, bu silsilə tədbirlərin müəyyən hissəsi də azərbaycanlı diasporunun sıx təşkilatlandığı, ölkəmizin Avropadakı mühüm tərəfdaşlarından biri olan Almaniyada keçirilib. Bundestaqdakı dəyirmi masa xüsusilə diqqəti cəlb edib: “Orada Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin sədri, Bundestaqın keçmiş deputatı Eduard Lintner, Bundestaqın deputatları Aksel Fişer və Peter Beyer, səfir Pərviz Şahbazov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer (İsmayılova) çıxış etmişdilər. Bundestaqın deputatı Fişer çıxışında Xocalıda törədilmiş soyqırımından danışaraq ermənilərin vəhşiliyi nəticəsində Xocalı şəhərinin yer üzündən silindiyini söylədi. O, beynəlxalq təşkilatlar, o cümlədən Almaniyanı deputat olaraq təmsil etdiyi Avropa Şurası Parlament Assambleyası tərəfindən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını da dedi. Digər almaniyalı deputat Beyer hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini bildirdi və münaqişənin həllində Avropa Birliyinin daha fəal rola oynamasının vacibliyinə toxundu”.
Elxan SALAHOV

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37