Sərdar Görgüc: “Cobra” Azərbaycanda özünü doğruldacaq» – MÜSAHİBƏ
- Sərdar bəy, körfəz bölgəsinin və bu bölgədə iki ildən bir keçirilən İDEX beynəlxalq müdafiə sərgisi “Otokar” üçün hansı önəmi daşıyır?
- Bu bölgənin dünya üçün böyük önəmi var və bura bütün dünyanın müdafiə sənayesi üçün olduqca böyük önəm kəsb edən regiondur. Ona görə də burada keçirilən sərgilərə Orta Asiya, Cənubi Asiya, Afrikadan da çoxlu sayda gələnlər olur. O baxımdan da çoxlu sayda və fərqli istifadəçilər diqqət çəkir. Təbii ki, bu bizim də marağımızı cəlb edir. “Otokar” olaraq biz İDEX sərgisinə ilk qatılan türk şirkətlərindənik və hər dəfə bu sərgiyə qatılırıq. Burada mövcud müştərilərimizi görür, yeni ehtiyacları öyrənir, maraqlananları tapır və buna görə də fəaliyyətimizi qururuq.
- Bölgə ölkələri ilə bağlı ayrılıqda bir dəyərləndirmənizi istərdik. Daha çox hansı dövlətlərdən “Otokar”ın texnikalarına maraq var?
- Konkret sıralamaq istəməzdim. Bu bölgədəki hər bir ölkənin böyük və kiçik həcmdə müdafiə xərcləri var. Bizim bu coğrafiyada bir sıra istifadəçilərimiz mövcuddur. Onların arasında böyük və kiçik ölkələr var. Onların hər birinin ayrı dəyəri var və hamısı bizim üçün önəmlidir. Bizim bölgə ölkələri ilə kontraktlarımız da mövcuddur. Həmin müqavilələr hazırda davam edir və sifarişlər yerinə yetirilir. Yeni layihələrimizi də tanıdır və müzakirələr aparırıq.
- Yeni layihələriniz hansılardır?
- Son olaraq nümayiş etdirdiyimiz yeni nəqliyyat vasitəmiz «Arma» adlı 6x6 formullu zirehli maşınıdır. Hazırda bu texnikanın 8x8 versiyası üzərində işlər gedir. Yaxınlarda o da hazır olacaq. Qeyd edim ki, «Arma»nın ilk satış müqaviləsini də bir körfəz ölkəsi ilə bağladıq. Müqaviləyə əsasən həmin ölkə üçün istehsala iyun ayında başlayacağıq. Həmçinin adını açıqlamaq istəmədiyim bir körfəz ölkəsi ilə zirehli şəxsi heyət daşıyıcıların istehsalına dair 3 layihəmiz var. Biz İDEX sərgisi çərçivəsində Səudiyyə Ərəbistanından Yəmənə, Bəhreynə, Qatara, Azərbaycana qədər müxtəlif ölkələrdən hərbçilərlə görüşlər keçirdik, ehtiyaclarını öyrəndik. Bu ölkələrin hər birinin müxtəlif layihələri var. Ona uyğun nəqliyyat vasitələrini təyin etmək, tenderlərdə iştirak etmək lazımdır.
- “Arma”nın 8x8 versiyası nə zaman ictimaiyyətə nümayiş etdiriləcək?
- Yeni versiyanı mayda İstanbulda İDEF sərgisinə çıxarmağı planlaşdırırıq. Bildirmək istəyirəm ki, 6x6 formullu «Arma»ya İDEX sərgisində böyük maraq oldu. Önəmli bir nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitələrinin dünyadakı mövcud 6x6 və 8x8 formullu hərbi nəqliyyat vasitələri ilə müqayisədə bir sıra fərqlilikləri var. Xüsusilə də dizayn baxımından fərqlidir.
- Yəni...
- Bu zirehli maşının idarə sistemi modulyardır. Çox asan istehsal oluna bilir. Detallarının böyük hissəsi müştərəkdir. Son zamanlar dünya orduları tərəfindən 6x6 formullu nəqliyyat vasitələri daha az seçilir. Buna görə də bütün istehsalçılar yeni platformaları 8x8 formulu üzrə yaradırlar. Biz ona görə də 6x6 «Arma»nı texniki cəhətdən uyğun bir məhsul olaraq hazırlamağa çalışdıq. İstifadəçi daha güclü qoruma və faydalı yük daşıma imkanları istəyir. Başqa bir özəllik isə, nəqliyyat vasitəsinin daxilindəki mexaniki komponentlərin paketlənməsidir. Öz növbəsində, bu da nəqliyyat vasitələrinin ölçülərinə təsir göstərir. Həm mina, həm də ballistik qoruması yüksəkdir. Biz təkərli nəqliyyat vasitələrində mövcud olan ən yüksək səviyyə kinetik enerjili qorumanı təmin edə bilirik. Bu artıq səviyyə-4 deməkdir.
- Azərbaycanla bağlı layihələriniz barədə nə deyə bilərsiniz?
- Azərbaycanla «Cobra» təkərli döyüş maşınlarının alqı-satqısına dair müqaviləmiz var və artıq «Cobra»ları təhvil verməyə başlamışıq. Zirehli maşınların ilk partiyası Azərbaycana ötən ilin dekabrında təhvil verilib. Bu il ərzində müqavilə üzrə nəzərdə tutulan döyüş maşınlarının təhvili prosesi davam etdiriləcək. İyun ayınadək bütün müqavilə şərtlərini yerinə yetirəcəyik. Müqavilədə əsas yeri «Cobra»lar tutur. Həmçinin «Otokar»ın «Land-Rover Defender» tipli səhra baxım nəqliyyat vasitələri də müqavilədə yer alır. Azərbaycan bizim üçün yeni bir istifadəçidir. Yeni istifadəçi isə yeni bir həyəcan deməkdir. Doğrudur, Azərbaycana yaxın coğrafiyalarda bizim maşınlar var. Nəqliyyat vasitələrimizin Azərbaycan şəraitində uğurlu olacağını gördük. Buna görə istifadəçinin də məmnun qalacağını düşünürük. Burada sadəcə maşınların performansı deyil, istifadəçinin də yüksək təlim görməsi lazımdır. Hazırda tərəfimizdən bu nəqliyyat vasitələrini idarə edəcək sürücülərə təlimlər verilir. Paralel olaraq Azərbaycanla ikinci müqaviləyə də baxırıq.
- «Cobra»lar Azərbaycan üçün yeni texnikadır. Azərbaycanda bu nəqliyyat vasitələrinin əsas istifadə olunacağı bölgələrdə əsas problemlərdən biri minalarla bağlıdır. «Cobra»ların minaya qarşı qoruması hansı səviyyədədir?
- «Cobra»lar ilk gündən minaya qarşı dayanıqlı bir nəqliyyat vasitəsi kimi istehsal olundu. Nəqliyyat vasitəsinin gövdəsi «V» formalıdır. Bir çox yerlərdə də testlər keçirilib. Türkiyə ilə yanaşı bir çox istifadəçi ölkələrin ordularında da testlər reallaşdırıldı. Hazırda 15 ölkədə «Cobra»larımız istifadə olunur ki, bunların yarısı təhdid altında olan, problemli ölkələrdir. Gerçək həyatda da bu nəqliyyat vasitələri mina partlayışlarına məruz qalıb. Hər hansı bir problem və şikayətlər olmadı. «Cobra»ların tək gövdəsi deyil, şəxsi heyət oturacaqları və daxili dizaynı mina partlayışlarında personalı qoruyur. İstifadəçilərin bir istəyi bundan qaynaqlanır. Azərbaycanda da bu baxımdan «Cobra»nın özünü doğruldacağını düşünürəm.
- Azərbaycanla müştərək istehsal barədə düşünürsünüzmü?
- Əslində bu mümkündür. Ancaq öncə iqtisadi əsaslandırma aparılmalıdır. İqtisadi cəhətdən səmərəli olarsa, bu layihə reallaşdırıla bilər. Digər tərəfdən, bu gün Türkiyədən Azərbaycana nəqliyyat, daşıma problemi yoxdur. «Otokar» Azərbaycanla bu cür əməkdaşlığa açıqdır.
- Layihədə Azərbaycana nə qədər döyüş maşının təhvil verilməsi nəzərdə tutulur?
- Müqaviləyə əsasən mən bunu açıqlaya bilmərəm. Ancaq deyə bilərəm ki, müqavilə çərçivəsində «Cobra»nın Türkiyədə mövcud olan 4 fərqli tipi bura daxildir. Çox böyük say deyil. Amma Azərbaycan üçün bu döyüş maşınlarını tanımaq, öyrənmək baxımından mühüm sayıla bilər. Biz müqavilənin davamını gözləyirik.
- Türkiyə Silahlı Qüvvələrinin «Altay» Milli Tank layihəsində əsas istehsalçı olaraq «Otokar» seçildi. Bu layihə ilə bağlı nə deyə bilərsiniz?
- Hazırda biz layihə üzrə detal dizayn mərhələsinə keçmişik. Tankın prototipini emal etmək üçün bir sıra fəaliyyətlər həyata keçiririk. Bu mərhələ 14 ay davam edəcək və ilk prototipləri 2014-cü ildə görəcəyik. İDEF-də əsas layihəni tanıdan bir planımız olacaq. Bu gün həm Türkiyədə, həm də dünyada «Altay»ı çox diqqətlə izləyirlər. «Altay» quru qoşunlarının tələbatına uyğun olaraq, tamamən son nəsil texnologiyalara əsaslanan, mövcud tanklardan daha da inkişaf etmiş bir ana müharibə tankı olacaq.
- Qafqaz ölkələrindən ilk olaraq Gürcüstanla əməkdaşlığa başladınız. Hazırda bu ölkədən sifarişləriniz varmı?
- Gürcüstanda hazırda «Cobra» nəqliyyat vasitələrimiz istifadə olunur. Gürcüstan hərbçiləri özləri də bu texnikaların istifadəsindən çox məmnundurlar. Hələlik əlavə təkliflər və sifarişlər yoxdur. Cənubi Osetiya ilə müharibədə bizim «Cobra»lar çox geniş istifadə olundu. İstifadəçilər «Cobra»ların performansından, qabiliyyətindən və qorumasından çox razıdırlar. Həm hadisələr zamanı, həm də sonra biz istifadəçilərdən çox pozitiv rəylər aldıq. Amma düşünürük ki bu sahədə yeni müqavilələr də olacaq. Gürcüstanda bir problem yoxdur. Digər türk respublikaları ilə də danışıqları davam etdiririk.

511