Fransada tələbəmiz erməni separatçılarının liderini ifşa edib
09 mart 2011 11:35 (UTC +04:00)

Fransada tələbəmiz erməni separatçılarının liderini ifşa edib

APA-nın Avropa bürosunun məlumatına görə, konfransın təşkilatçısı, İFRİ-nin icraçı direktoru Dominik de Davidin moderatorluğu ilə keçirilən tədbirin iştirakçıları əsasən Fransada yaşayan ermənilər və bu ölkənin mətbuat nümayəndələri olub. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanın bu konfransa əsas qonaq kimi dəvət edilməsi və zalda iştirakçıların əksəriyyətinin ermənilərdən ibarət olması, tədbirin ermənilərin mövqeyinin təbliğatına yönəldiyini təsdiqləyib. Lakin toplantıda Azərbaycanın Fransadakı səfirliyinin iki diplomatı və Fransada təhsil alan azərbaycanlı tələbə də iştirak ediblər. Konfransda iştirak edən Paris Universitetinin diplomatiya və strateji danışıqlar üzrə “Master 2” pilləsində təhsil alan azərbaycanlı tələbə Məhəmməd Muradov APA-nın Avropa bürosuna bildirib ki, toplantıda çıxış edən qondarma “DQR prezidenti” Bako Saakyan “Arsax dövləti”nin qurulması tarixi və Azərbaycanla “Arsax” arasında baş verən münaqişənin nizamlanma prosesindən danışıb və “Arsax”ın müstəqilliyinə iddia edən tələblər irəli sürüb: “Zaldan ona münaqişə ilə bağlı konkret suallar verilsə də, Saakyan ona sərf etməyən sualları ya cavabsız qoydu, ya da suallardan qaçdı. Məsələn, Fransanın “La Croix” qəzeti əməkdaşının ona ünvanladığı “siz ermənilər Azərbaycan torpaqlarının işğalını xalqın öz müqəddəratının təyin etmə termini ilə əvəzləməmisinizmi?” sualına Saakyan sadəcə « bu cür anlaşma düzgün deyil » deməklə sualdan boyun qaçırdı”.



Məhəmməd Muradovun sözlərinə görə, daha sonra o Bako Saakyana sual ünvanlayıb: “Saakyana belə bir sual verdim: “Siz qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti olaraq, ayrıca müstəqil dövlət olduğunuzu və Ermənistan Respublikası ilə suverenlik baxımından əlaqənizin olmadığını iddia edirsiniz. Amma mən sizə Ermənistanın müasir tarixindən bir hadisəni misal gətirmək istərdim. Ermənistanın ikinci prezidenti Robert Köçəryan 1994-1997-ci illərdə "Dağlıq Qarabağ Respublikası”nın prezidenti olub. Daha sonra o, 1997-98-ci illərdə prezident Levon Ter-Petrosyan tərəfindən Ermənistanın baş naziri təyin olunub, daha sonra isə Ermənistanın ikinci prezidenti olub. İnsanlıq tarixində iki fərqli müstəqil dövlətin prezidenti olan şəxs yoxdur. Və əgər siz « respublika »nızın müstəqil olduğunu və ya onun Ermənistan Respublikası ilə heç bir əlaqəsinin olmadığını iddia edirsinizsə, onda niyə "Dağlıq Qarabağ Respublikasının" vətəndaşı, prezidenti Robert Köçəryan Ermənistan Respublikasının prezidenti oldu? Bu hadisə sübut edir ki, siz ("Dağlıq Qarabağ Respublikası") Ermənistan Respublikasına öz vətəniniz və ya mərkəzi hakimiyyət kimi baxırsınız. Bu sizin müstəqilliyinizi şübhə altına qoyur və ya Ermənistan Respublikası sizə öz regionu kimi baxır. Əgər bu belədirsə, onda belə çıxır ki, Ermənistan Azərbaycan dövlətinin torpağını işğal edib və Azərbaycanın öz torpaqlarını azad etmə cəhdləri tamamilə onun legitim haqqıdır. Mənim sualım isə belədir : “Siz də Ermənistanda növbəti prezident seçkilərində öz namizədliyinizi irəli sürmək istəyirsinizmi və yaxud fikrinizə görə, bu hadisə Ermənistan siyasətinin səhvi idi?” Lakin Bako Saakyan bu sualı cavablandırmaqdan boyun qaçırdı, sadəcə Ermənistan ilə "DQR” arasında mənəvi bağların olduğunu bildirməklə kifayətləndi. Azərbaycanın Fransadakı səfirliyi nümayəndələrinin suallarından sonra cənab Saakyan tamam dolaşığa düşdü”.


Məhəmməd Muradov bildirib ki, erməni mətbuatı da bu konfransı öz internet səhifələrində işıqlandırıb, lakin bütün bu məqamlar Ermənistan kütləvi informasiya vasitələrində yer almayıb: “Onlar konfransın gedişindən hazırladıqları reportajda bu məqamları öz istədikləri kimi təqdim ediblər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar