“Qaçqın: Anar Usubovun uzun səyahəti” - FOTO
26 fevral 2011 12:31 (UTC +04:00)

“Qaçqın: Anar Usubovun uzun səyahəti” - FOTO

Qarabağ Fondu Vaşinqton şəhərinin Avalon Teatrında görkəmli türk rejissoru Cem Oğuzun “Qaçqın: Anar Usubovun uzun səyahəti” adlı filmini təqdim edib. Fonddan Lent.az-a verilən məlumata görə, təqdimat mərasimində Qarabağ Fondunun dəvəti ilə Vaşinqtona səfər etmiş türkiyəli jurnalist Cem Oğuz tamaşaçılar ilə öz fikirlərini, film üzərində işləyərkən keçirdiyi hissləri paylaşıb. Filmin təqdimatına ABŞ-da yaşayan Azərbaycan diasporasının nümayəndələri, burada təhsil alan tələbələr, tanınmış ictimai xadimlər, kinoşünaslar qatılıblar. Nümayişdən öncə Qarabağ Fondunun İcraçı direktoru Diana Altmanın dəvəti ilə Xocalıda şəhid olmuş Azərbaycan vətəndaşlarının xatirəsi bir dəqiqə sükut ilə yad edilib. Daha sonra film tədbir iştirakçılarına təqdim olunub.
“Qaçqın: Anar Usubovun Uzun Səyahəti” Dağlıq Qarabağ münaqişəsini Xocalı şəhərindən olan 8 yaşlı Anar Usubovun gözləri ilə təsvir edən filmdir. Filmdə ata-baba torpağına qayıda bilməyən Anar öz qaçqın hekayəsini paylaşır. Kino Amerika ictimaiyyətini Qarabağlı qaçqınların mübarizəsi, münaqişə, Azərbaycan və Qafqaz haqqında məlumatlandırır.
Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılıb və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar