Şəkidə 26 yaşlı gənc itkin düşdü
28 dekabr 2025 12:02 (UTC +04:00)

Şəkidə 26 yaşlı gənc itkin düşdü

0

Şəkidə 26 yaşlı gənc itkin düşüb.

Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.

Bu barədə APA-ya  V. Nöbərovun yaxınları məlumat verib.

Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Məsələ ilə bağlı  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar