Macarıstanın Kapoşvar Universitetində “Azərbaycan günü” keçirilib
24 fevral 2011 14:04 (UTC +04:00)

Macarıstanın Kapoşvar Universitetində “Azərbaycan günü” keçirilib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Kapoşvar Universitetinin dəstəyi ilə təşkil edilib.


İki hissədən ibarət olan tədbirin rəsmi hissəsində Macarıstandakı səfirimiz Vilayət Quliyev çıxış edib, Azərbaycanın tarixi, mədəniyyəti, bugünkü siyasi-iqtisadi vəziyyəti, o cümlədən Azərbaycan-Macarıstan əlaqələri haqqında danışıb. Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi, yaxın günlərdə 19-cu ildönümü keçiriləcək Xocalı faciəsi barədə tədbir iştirakçılarına məlumat verib.


Səfirliyin 3-cü katibi E. Əliyev Azərbaycana viza verilməsinə dair mövcud qaydalar, 3-cü katib R. Səfərov isə Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti haqqında təqdimatla çıxış ediblər. Tədbirdə Azərbaycanın kənd təsərrüfatı, turizm imkanları, ali təhsil ocaqları haqqında multimedia məlumatları da göstərilib.


Tədbirin bədii hissəsində isə Azərbaycan və Macarıstan musiqiləri səsləndirilib, qısa səhnəciklər göstərilib. Universitetdə Azərbaycan səfirliyi tərəfindən hazırlanmış “Azərbaycan möcüzələri” adlı plakatlardan, o cümlədən Azərbaycan haqqında macar dilində nəşr edilmiş kitablardan ibarət sərgi də diqqət çəkib.


150-dən artıq tələbə və müəllimin iştirak etdiyi tədbirin sonunda Azərbaycan mətbəxinin nümunələrindən ibarət qəbul verilib. Tədbirdən sonra isə Universitetin rektoru Ferenç Savayi səfirlik əməkdaşları ilə görüşüb, Kapoşvar Universiteti ilə Azərbaycan universitetləri arasında olan əməkdaşlıqla bağlı gələcək planlar haqqında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar