BMT-də Azərbaycanın məruzəsi dinlənilib
BMT-nin İşgəncələrə qarşı Komitəsi məhkəmə hüquq və penitensiar xidməti sahəsində aparılan islahatları yüksək qiymətləndirib
BMT-nin İşgəncələrə qarşı Komitəsinin Cenevrə şəhərində keçirilmiş 43-cü sessiyası çərçivəsində 9-10 noyabr tarixində BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyası üzrə Azərbaycan Respublikasının üçüncü dövri məruzəsinə baxılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin müvafiq sərəncamına uyğun olaraq xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti məruzənin təqdim edilməsində və müzakirəsində iştirak edib.
Xələf Xələfov çıxışında ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqların qorunmasına və təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat verib, 18 mart 2009-cu ildə keçirilmiş referendum nəticəsində Azərbaycan Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Həmin düzəlişlərin məhkəmə ədaləti və məhkəmənin müstəqilliyinin möhkəmləndirilməsinə yönəldiyi də qeyd olunub.
Xarici işlər nazirinin müavini Azərbaycan hökumətinin Konvensiya üzrə ikinci dövri məruzənin Komitəyə təqdim edilməsindən sonrakı müddət ərzində Komitənin tövsiyələrinin nəzərə alınaraq, ölkə qanunvericiliyin təkmilləşdirilməsi və implementasiyası, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılmış islahatlar barədə də danışıb.
Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın qarşılaşdığı çətinliklər və problemlər barədə söz açan Xələf Xələfov çıxışında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və bu təcavüzün nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən vətəndaşlarımızın zorla qovulması və həmin ərazilərdə etnik təmizləmənin aparıldığı barədə Komitə üzvlərini məlumatlandırıb. O, münaqişə nəticəsində minlərlə Azərbaycan vətəndaşlarının itkin düşməsi, girov götürülməsi və onların Ermənistanda əsirlikdə saxlanılması, o cümlədən əsir və girov götülümüş şəxslərə qarşı işgəncə və digər qəddar, qeyri-insani, insan ləyaqətini alçaldan rəftar və cəzaların verilməsi barədə çoxsaylı faktlar sadalayıb. 552 nəfərin işgəncə ilə qətlə yetirildiyi Komitə üzvlərinin nəzərinə çatdırılıb.
Daha sonra nümayəndə heyətinin başçısı və üzvləri, Komitə üzvləri tərəfindən məruzə üzrə verilən sualları və şərhləri ətraflı cavablandırıblar.
Komitə üzvləri çıxışlarında ölkəmizin yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını, cari il ərzində Azərbaycan hökumətinin Universal Dövri İcmal da daxil olmaqla altı (6) BMT müqavilə orqanlarında dövrü məruzələrinin baxışının keçirilməsini, bu Konvensiyanın Fakültativ Protokolunun ratifikasiya edilməsini və insan hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq sənədlərə qoşulmasını, Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi ilə davam edən əməkdaşlığı, məhkəmə hüquq və penitensiar xidməti sahəsində aparılan islahatları yüksək qiymətləndiriblər.

607