Novruz Məmmədov: “...Azərbaycan mövqeyini dəyişə bilər”
Bu sözləri APA-ya eksklüziv müsahibəsində Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
“Baxmayaraq ki, Sankt-Peterburq görüşü Rusiya prezidentinin ev sahibliyi, vasitəçiliyi ilə keçirilirdi və Praqa görüşündən müəyyən mənada fərqlənməli idi, lakin burada da ciddi bir fərq olmadı”, - deyə şöbə müdiri vurğulayıb.
N. Məmmədov həmsədrlərin 2 ildən artıqdır, münaqişənin nizamlanmasını nəzərdə tutan baza prinsiplərinin hazır olduğu və yaxınlarda sənəd imzalanacağı barədə bəyanatlar verdiklərini xatırladıb: “Lakin bu günə qədər biz yerimizdə dayanmışıq, heç bir irəliləyiş yoxdur. Digər tərəfdən, onlar Ermənistanı və onun rəhbərliyini konstruktiv dövlət, konstruktiv prezident kimi dünya ictimaiyyətinə, beynəlxalq birliyə təqdim edirlər, beynəlxalq birlik də düşünür ki, bunlar danışıqlara gedirlər, danışıqlar davam edir, işlər yaxşıdır və bununla bağlı narahatlığa əsas yoxdur. Lakin danışıqlar bu cür davam etsə, heç bir irəliləyiş olmasa, şübhəsiz ki, Azərbaycanın mövqeyi dəyişə bilər. Hələlik danışıqlar davam etdirilməlidir. Yəni, namərdi axıra qədər, son mənzilinə qədər qovmaq lazımdır”.
Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında yenidən görüşəcəklərini istisna etməyən şöbə müdiri görüş yerinin yenidən Rusiya ola biləcəyini bildirib.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultaydan sonra danışıqlara aktiv qoşulub-qoşulmayacağı barədə sualı cavablandıran N. Məmmədov icmanın yaranmasında əsas məqsədin vasitəçilərlə görüş olmadığını qeyd edib: “Bu da mümkündür. Ümumiyyətlə düşünürük ki, danışıqların müəyyən mərhələsində Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni icmasının müəyyən məsələlərdə iştirak etməsi zərurəti yaranar. Hələlik isə o zaman yetişməyib. Qurultayı keçirməkdə bir məqsəd də var idi: Bu gün Azərbaycanın torpaqları - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon 20 ildir, kiçik bir dövlət olan Ermənistanın işğalı altındadır, orada daş daş üstə qalmayıb, hər şey dağıdılıb, məscidlər, xəstəxanalar, muzeylər, mədəniyyət abidələri, evlər məktəblər yerlə yeksan edilib. Həm bunlar, həm də ümumiyyətlə Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında Avropada, ABŞ-da müəyyən məlumatlar yaymaq, həqiqətləri onlara çatdırmaq lazımdır. Bu həqiqətləri də müxtəlif vasitələrlə çatdırmaq olar. Buraya müəyyən səfərlər, internet, mətbuat, KİV-in başqa növləri ilə məlumatların çatdırılması və s. daxilidir. Düşünürəm ki, bu qurultaydan sonra icmanın rəhbəri və İdarə Heyəti bu sahədə daha da fəal işləyəcək”.

1174