Qabil Hüseynli: “Partiya qapalı monastır deyil ki, ömrün boyu orada qalasan”
“Müsavat Məclisinin toplantısına qatılmamağım səhhətimdə yaranmış problemlə əlaqədardır”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini, partiya Divanının və Məclisinin üzvü Qabil Hüseynli deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl mətbuata açıqlama verərkən hələ partiyadan getmək fikri olmadığını bəyan edib: “Ancaq Müsavat Məclisinin iclasındakı çıxışlarla mərdi qova-qova namərd etmək istəyirlərsə, mən də belə bir fikrə düşə bilərəm. Partiya qapalı monastır deyil ki, ömrün boyu orada qalasan. Partiyaya gələn şəxs günlərin birində yorulduqda, yaxud yaranmış siyasi mühit onu qane etmədikdə, partiyanın siyasi kursuna təsir imkanlarını itirdikdə, partiyadan çıxa bilər. Elə olur ki, partiyada siyasi inhisarçılar peyda olur və partiyanın siyasi kursunu onlar müəyyənləşdirirlər, başqa partiyadaşlar da özlərinin gərəksizliyi qənaətinə gəlirlər. Açığı hələ ki, məndə belə bir qənaət formalaşmayıb. Ancaq Müsavat Məclisinin iclasında səsləndirilən “partiyadan getmək anonsu verənlər” fikri ola bilsin, mənə də qarşı yönəldilib və bu, hansısa formada mənim də xətrimə dəyir. Çünki partiyaya gəlib və uzun müddət burada xidmət edən bir adam günün birində gedirsə, ancaq bu getmək ağır bir ittihama çevrilirsə, bu, düzgün yanaşma deyil. İnsanlar gəldiyi kimi, gedə də bilərlər. Müsavat Məclisinin iclasında İsa bəyin belə psixoloji vəziyyətdə olması mənə qəribə göründü. Söhbət onun əsəbi olmasından, hadisələrlə bağlı o qədər də düzgün olmayan yorumlar verməsindən gedir ki, məncə, bunlar partiya başqanı kimi ona yaraşmaz”.
Q. Hüseynli hazırda partiyada proseslərə təsir imkanlarının azalıb-azalmaması barədə sualı da cavablandırıb: “Məsələn, mən Adil Qeybullanın Məclis sədrliyinə namizədliyində israr edirdim və onun namizədliyini xeyli adam müdafiə edirdi. Sonda partiya başqanı İsa Qəmbər başqa bir adamın üzərində israr etdi, bununla da, həmin şəxsin Məclis sədri seçilməsin bir növ təmin elədi. Düzdür, həmin şəxs də ləyaqətli adamdır. Ancaq söhbət həmin adamdan və təkcə Məclis sədri seçilməsi məsələsindən getmir. Məsələ burasındadır ki, adam bir çox situasiyalarda hiss edir ki, partiyanın siyasətinin formalaşmasına, o siyasi cizgilərin çəkilməsinə Divan üzvü, partiya sədrinin müavin kimi rolum get-gedə azalır, hətta elə hallar olur, heç nəzərə alınmır. Bu səbəbdən də adam belə bir yerdə olub-olmamaq barədə düşüncələrə qərq olur”.
Bununla yanaşı, Q. Hüseynli hazırda partiyadan istefa vermək niyyətində olmadığını da vurğulayıb: “Hələ ki, prosesləri öz axınına buraxıram, bu məsələ barədə ciddi düşünməliyəm”.
Müsavat Məclisinin dekabrın 26-da keçirilmiş iclasını ümumilikdə normal hesab edən Q. Hüseynli nöqsanların olduğunu da bildirib. Bu məsələdə o, xüsusilə də Məclis sədrinin alternativsiz seçilməsini vurğulayıb.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər partiya Məclisinin dekabrın 26-da keçirilən sessiyasında deyib ki, Müsavat kimi partiyanın şərəfi, ləyaqəti ilə oynamaq şərəfsizlikdir: “Hər bir müsavatçı partiyanın seçkili orqanına namizədliyini irəli sürə bilər. Kimlərinsə getməsi ilə Müsavat Partiyasına heç nə olan deyil. Gedənləri də, getməklə bağlı anons verənləri də görmüşük. Müsavatın şərəfi, ləyaqəti ilə oynamayın”.

586