“ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini ikiqat artıracaq”
09 dekabr 2010 16:57 (UTC +04:00)

“ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini ikiqat artıracaq”

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq açıqlama verib.


Onun sözlərinə görə, ATƏT-in Astana sammitində müəyyən irəliləyiş əldə olunub: “Astanada irəliyə doğru bir addım atıldı, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya prezidenti, Fransanın baş naziri və ABŞ dövlət katibi münaqişə tərəfləri ilə birlikdə bəyanat yaydılar. Bəyanatda tərəflərin sülh əldə etmək üçün səyləri artırmaq niyyətində olduğu vurğulanır. Liderlər Helsinki Yekun Aktı və prezidentlər Obama, Sarkozi və Medvedev tərəfindən imzalanmış Akvill və Muskok bəyanatlarında əks olunmuş 6 prinsip əsasında sülh prosesinə sadiqliklərini bəyan etdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar