Ombudsman: “Ciddi qanun pozuntuları ilə bağlı müraciətlər almamışıq”
APA-nın “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşının verdiyi xəbərə görə, E.Süleymanova jurnalistlərə açıqlamasında bildirib ki, gün ərzində Ombudsman Aparatına ciddi qanun pozuntuları ilə bağlı müraciət daxil olmayıb: “Adətən bizə müraciətlər seçkinin səhəri günü daxil olmağa başlayır. Aldığımız məlumatlara görə, bir sıra yerli müşahidəçilər beynəlxalq müşahidəçilərə qanun pozuntuları ilə bağlı məlumatlar versə də, sonradan bu faktlar onların özləri tərəfindən də inkar olunub”.
E.Süleymanova bəzi müşahidəçilərin həddən artıq iddialı olduğunu vurğulayıb: “Onlar istəyiblər ki, seçki məntəqələrinə gələn seçicilərin şəxsiyyət vəsiqələrini də özləri yoxlasınlar. Müşahidəçilər üçün nə qədər seminarlar və treninqlər keçirilsə də, tam hazırlıqlı olmayan müşahidəçilər kifayət qədərdir”.
E.Süleymanova özünün və Ombudsman Aparatı əməkdaşlarının Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində səsverməni müşahidə etdiyini, qanun pozuntuları ilə rastlaşmadıqlarını bildirib.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53