Türkiyədə Konstitusiyaya dəyişikliklər qəbul olundu
Sentyabrın 12-də Türkiyədə Konstitusiyanın (Anayasa) bəzi maddələrinə dəyişiklik edilməsini nəzərdə tutan ümumxalq səsverməsi keçirilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, referendumda səsvermə hüququna malik 49 milyon 465 min 13 seçicidən 38 milyon 285 min 745 nəfər iştirak edib. 37 milyon 541 min 745 nəfərin bülleteni etibarlı sayılıb. Səsvermədə ən diqqət çəkən olay CHP sədri Kemal Kılıncdaroğlunun səs verə bilməməsi olub. Onun adı seçici siyahısında olmayıb.
Səsverməyə qatılanların 58 faizi Konstitusiyaya dəyişiklikləri dəstəkləyib, 42 faiz isə əleyhinə səs verib. Bu, dəyişikliklərin qəbul edilməsi deməkdir.
Qeyd edək ki, seçicilərə seçki məntəqələrində bir tərəfi ağ, bir tərəfi qəhvəyi rəngdə olan bülleten verilib. Ağ rəngin üzərində “Evet” (Bəli), qəhvəyi rəngin üzərində isə “Hayır” (Xeyr) sözləri yazılıb. Referendumda seçicilər Konstitusiyanın 24 maddəsinə edilən dəyişikliyə münasibət bildiriblər. Bunların arasında 2 maddə - Konstitusiya Məhkəməsi ilə Hakimlər və Prokurorlar Ali Qurumunun (Azərbaycandakı Məhkəmə-Hüquq Şurasının analoqu) tərkibinə dəyişiklik edilməsinə dair maddələr ölkədə çox ciddi mübahisələrə və cəmiyyətin ikiyə bölünməsinə gətirib çıxarıb. Müxalifət hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) bu dəyişiklik vasitəsilə məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.
Siyasi müşahidəçilər referendumun nəticələrinin həm də partiyaların cəmiyyətdəki nüfuzunun, qarşıdan gələn parlament seçkilərində səslərin necə bölünəcəyinin göstəricisi olduğu qənaətindədir. Bu yanaşmaya görə, AKP referendumdan qalib partiya kimi ayrılır, CHP səslərini qoruyub, MHP isə səslərini itirib.

614