Politoloqların Türkiyə və Ermənistan arasında imzalanacaq sazişə münasibəti – RƏY
Azərbaycan politoloqları Türkiyənin “Star” qəzetinin bugünkü sayında Ermənistan-Türkiyə münasibətləri ilə bağlı dərc olunan yazıya münasibətlərini açıqlayıblar.
Qeyd edək ki, “Star” qəzeti Ermənistanla Türkiyə arasında gedən danışıqların artıq başa çatmaq ərəfəsində olduğunu və yaxın günlərdə rəsmi sənədin imzalanacağını yazıb. Yazıda bildirilir ki, imzalanacaq sənəddə Dağlıq Qarabağ məsələsinin ön şərt kimi irəli sürülmədiyi, Türkiyənin Ermənistanla sərhədlərini açacağı, qarşılıqlı ticarət əlaqəsinin yaranacağı və 1915-ci il hadisələri ilə tarixçilərdən ibarət birgə komissiyanın təşkil olunacağı əksini tapıb.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qarabağ məsələsini Türkiyə heç vaxt Ermənistanla danışıq mövzusu edə bilməz. O, APA-ya açıqlamasında bu vaxta qədər Qarabağ məsələsinin Türkiyə ilə Ermənistan arasında müzakirə mövzusu olmadığını bildirib: “Amma həmişə bu barədə yalançı informasiyalar verilib. İndiyə kimi Türkiyə Ermənistanla Qarabağa dair nə danışıb? Heç nə. Türkiyə Ermənistanla danışıqlarda heç vaxt Qarabağ məsələsini qoya bilməz. Türkiyə ayrı, Azərbaycan ayrı, Ermənistan isə ayrı dövlətdir. Onlar Qarabağ məsələsini ortaya qoyan kimi gərək Ermənistanla bütün əlaqələr kəsilsin. Digər tərəfdən, indi məsələnin həlli ilə Minsk qrupu məşğuldur. Ankara-İrəvan danışıqlarında söhbət Türkiyənin Qarabağ problemini həll etməsindən yox, Türkiyə-Ermənistan əlaqələrinin bərpasından gedir. Bunlar hamısı ikitərəfli əlaqələrə aiddir. Ona görə də bu çərçivəyə Qarabağ məsələsi heç cür daxil edilə bilməz”.
Aydın Mirzəzadə APA-ya dərc olunanların yalnız qəzetin versiyası olduğunu bildirib: “Bu jurnalist yanaşmasıdır və nə qədər ki, ortaya hər hansı sənəd çıxmayıb, versiyaları şərh etməyə ehtiyac yoxdur. Bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal edib və azad etməyənə qədər Azərbaycanla Ermənistan arasında hər hansı əlaqədən söhbət gedə bilməz. Türkiyə rəsmiləri isə vaxtaşırı Azərbaycanın maraqlarını həmişə Türkiyənin maraqları kimi qoruduqlarını ifadə edirlər. Bu baxımdan qəzet yazılarını şərh etmək düzgün deyil. Bu məsələlərdə reallığa əsaslanmaq lazımdır. Reallıq odur ki, Türkiyə Azərbaycanla bağlı daim müttəfiqlik və dostluq bəyanatları verir. Azərbaycan isə torpaqlarının işğaldan azad olunmasını təkidlə tələb edir”.
APA-ya açıqlamasında “Star” qəzetinin yazdıqlarının həqiqətə tam yaxın olduğunu deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar 8 aydır gedir: “AKP-dən Vaşinqtona gedən deputat qrupu da belə bir hadisənin baş verəcəyini bildirmişdi. Sərhədlərin aprel ayında açılması planlaşdırılır. ABŞ da bunu Türkiyədən tələb edir. Amma məsələ sərhədlərin açılması ilə bitməyəcək, diplomatik əlaqələr yaradılması da nəzərdə tutulur”.
Q. Hüseynlinin sözlərinə görə, bunların qarşılığında yalnız Ermənistanın qondarma “soyqırımı” iddiasından imtina etməsi gözlənilir: “Qarabağ məsələsində isə Türkiyə onsuz da çoxdandır Madrid bəyannaməsinin ruhunda hərəkət edir. Türkiyədə bəhanə gətirilir ki, əgər Azərbaycan tərəfi Madrid bəyannaməsi ruhunda danışıqlara gedirsə, Türkiyə də bu məsələdə öz mövqeyində yumşalmaya gedə, məsələnin ATƏT Minsk qrupu çərçivəsində tənzimlənməsinə razı ola bilər. Bununla Türkiyə özünü məsuliyyətdən kənara çəkir”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə Türkiyənin kifayət qədər ciddi səhvə yol verdiyini düşünür. Onun sözlərinə görə, Türkiyənin daxilindəki erməni təşkilatları AKP iqtidarına təsir imkanlarına malikdir: “Ermənilər martın 29-u və aprelin 24-dən istifadə edərək çalışırlar ki, məqsədlərini həyata keçirsinlər. Son 5 ildə ermənilərin prioritet məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaq olub və artıq bu məqsədə nail oldular. Ona görə də Qarabağ məsələsi arxa plana keçib. Türkiyənin ziyanına olan bu məsələ Ankaranın regionda apardığı siyasəti də əngəlləyəcək”.
İlqar Məmmədov həmkarlarından fərqli düşünür. Onun sözlərinə görə, hazırda Türkiyənin apardığı siyasət tamamilə Azərbaycanın maraqlarına cavab verir: “Mətbuatda inanılan və inanılmaz versiyaların irəli sürülməsinə rəğmən Türkiyə diplomatiyası hazırda Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində olduqca böyük töhfələr verir. Əgər Türkiyənin Ermənistanla əlaqədar diplomatiyasında yeniliklər olacaqsa, mən tam əminəm ki, bu addımlar Azərbaycana yalnız xeyir gətirmək, dəstək olmaq və onun mənafelərini qorumaq məqsədi daşıyacaq”.
Rasim Musabəyov isə APA-ya açıqlamasında mətbuatda yazılanlara reaksiya verməyə ehtiyac görmədiyini bildirib: “Hələ ermənilərlə türklər arasında bu məsələ həll olunacaq ya yox, bu da böyük sual altındadır. Ona görə ki, aprel ayında qondarma “soyqırımı” ilə bağlı məsələlər var. Türkiyə böyük dövlətdir, öz maraqları var. Bununla belə, biz hər zaman gözləyirik ki, Türkiyə bu məsələlərdə prinsipial mövqeyini hansısa xırda mənafe üçün qurban verməyəcək. Əgər bunu Ərdoğan desəydi, şərh vermək olardı, amma qəzet materialını əsas götürüb ağlaşma qurmalı deyilik. Deyilən məsələlərin həyata keçə biləcəyini istisna etməsəm də, bunun bu ilin aprelində baş verəcəyini gözləmirəm”.

1142