Məlumatlı mənbə, mətbuat xidməti, İlyas İsmayılov... – MƏZƏNİZ OLSUN
“Məlumatlı mənbələrin iddialarına görə, Ədalət Partiyasının sədri vaxtilə respublika prokuroru işləyərkən AXC-nin qeydiyyatının ləğv olunması üçün təqdimat yazmaqdan imtina edib və Əbülfəz Elçibəyin həbsinin qarşısını alıb
Yəqin diqqətli oxucuların yadındadır. Bir neçə gün əvvəl Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun müstəqil Azərbaycanın ilk ədliyyə naziri olarkən indiki hakim Yeni Azərbaycan Partiyasını (YAP) necə dövlət qeydiyyatına aldığı barədə məlumat vermişdik. Həmin yazıdan sonra o dövrdə hadisələrin içərisində olanlardan bir neçəsi bizimlə əlaqə saxlayaraq İlyas İsmayılovun digər təqdirəlayiq əməlləri barədə də məlumat verdilər. Məsələn, onların dediklərinə görə, İ.İsmayılov hələ respublika prokuroru işləyərkən ən yüksək instansiyaların israrlı tələblərinə baxmayaraq o dövrün ən radikal güc mərkəzi olan Azərbaycan Xalq Cəbhəsinin qeydiyyatının ləğv olunması üçün təqdimat yazmaqdan imtina edib, üstəlik də Əbülfəz Elçibəyin həbsinin qarşısını alıb: “Buna görə, İlyas İsmayılova təkcə YAP-çılar yox, Elçibəysevərlər və AXC-nin “şinelindən çıxanlar” da minnətdar olmalıdırlar…”.
Mənbələr bu hadisələrin təfsilatını xatırlamadıqlarını desələr də, onların fakt olduğunu və bu barədə çoxlarının məlumatlı olduqlarını təsdiq edirlər.
Maraqlıdır, bunlar doğrudanmı olub? AXC-nin qeydiyyatının ləğv olunması, Əbülfəz Elçibəyin həbsi kimlərə və nə üçün lazım imiş? İlyas İsmayılovun bu məsələlərdə rolu nədən ibarət olub?
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İ.İsmayılov jurnalistlərin bu sorğuları ilə bağlı partiyanın Mətbuat xidmətinə açıqlama verib. Düzdür, Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sabiq respublika prokurorundan açıqlama almaq heç də asan olmayıb. İ.İsmayılov “Başa düşmürəm ki, o köhnə söhbətləri yenidən ortaya çıxarmağın, qabartmağın nə mənası var?! Bir də, mən elədiklərimi danışmağı sevən adam deyiləm. Hər nə olubsa, olub-gedib. Bəlkə üstündən keçək?”, - deyə əvvəlcə bu barədə danışmaq istəməyib. Amma sonda jurnalistlərin bu cür məsələlərə marağının təbii olduğunu qəbul etməli olub: “Bir halda ki, oxucuların diqqətini cəlb etmək üçün belə şeylər də lazımdır, danışım də…”.
AXC-nin qeydiyyatının ləğv olunması məsələsindən danışarkən sabiq respublika prokuroru bildirib ki, bu, sərhədlərin dağıdılması ilə bağlı məlum dövrə təsadüf edib: “Yəqin xatırlayırsınız, o vaxt respublikada təhlükəli hadisələr cərəyan edirdi. Moskva da hər vasitə ilə həmin proseslərə təsir göstərmək, onları nəzarətdə saxlamaq istəyirdi. Ona görə də oradan Bakıya tez-tez yüksək çinli məmurlar gəlirdilər. Sərhədlərin dağılmasından dərhal sonra da Bakıya SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Maksimoviç Primakovla Andrey Nikolayeviç Girenko gəlmişdilər. O vaxt Sov.İKP Mərkəzi Komitəsində yeni vəzifə təsis edilmişdi-milli münasibətlər üzrə katib. Həmin vəzifəyə məhz Girenko təyin olunmuşdu. Yadımdadır ki, o, bizim indiki Nazirlər Kabinetinin binasında bir müşavirə keçirdi. Həmin müşavirədə respublikanın o vaxtkı rəhbərlərinin demək olar, hamısı, eləcə də SSRİ-nin bütün güc nazirliklərinin yüksək rütbəli nümayəndələri iştirak edirdilər. Əlavə olaraq, respublikanın tanınmış ziyalıları da dəvət olunmuşdular. İş elə alındı ki, orada Girenko ilə sözümüz çəp gəldi. Niyə? Girenko müşavirəni açanda elan və tələb elədi ki, sərhədlərin dağıdılması məsələsi azərbaycanlıların Ermənistandan qovulması, yəni qaçqınlarla və Dağlıq Qarabağdakı hadisələrlə əlaqələndirilməsin. Məndən əvvəl o vaxtkı Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynov ümumiləşdirilmiş, amma arqumentli və əhatəli, daxili işlər naziri, rəhmətlik Aydın Məmmədov isə nisbətən yumşaq çıxış etdilər. Onların çıxışlarına heç bir irad bildirilmədi. Və Girenko qəfil “Bəs prokuror hardadır” deyə soruşdu. Etiraf edim ki, onun səsinin tonu xoşuma gəlmədi. Və bir anlığa mənə elə gəldi ki, müşavirəni məhz məni “vurmaq” üçün çağırıblar. Görünür, “bizimkilərdən” kimlərsə onda mənə qarşı artıq mənfi rəy yarada bilmişdilər. Əks halda o, heç vaxt o tərzdə danışmazdı. Üstəlik də nəzərə alsaq ki, sərhədlərin dağıdılmasının prokurorluğa heç bir aidiyyəti yox idi. Belə düşünməyə əsasım vardı. Çünki həmin ərəfədə məni artıq, necə deyərlər, qaralamağa başlamışdılar. Amma SSRİ Prokurorluğnun nomenklaturası olduğumdan özləri heç nə edə bilmirdilər. İstəyirdilər ki, məni məhz Moskvadan gələnlərin əlləri ilə “vursunlar”. Hadisələrin sonrakı gedişi göstərdi ki, hissiyyatım məni aldatmayıb. Nə isə... Mən çıxışıma Girenkonun dediklərinə irad bildirməklə başladım. Dedim ki, istənilən problemi həll etmək üçün ilk növbədə həmin problemi yaradan amilləri, yəni səbəbləri axtarıb tapmaq lazımdır. Amma belə çıxır ki, biz bu gün burada problemi yaradan səbəbləri bir kənara qoyub, onun doğurduğu nəticələrlə məşğul olmalıyıq. Ona görə də hesab edirəm ki, yoldaş Girenko müşavirəni açanda düzgün istiqamət vermədi. Tələb etdi ki, sərhədlərin dağıdılması məsələsi azərbaycanlıların Ermənistandan qovulması, yəni qaçqınlarla və Dağlıq Qarabağdakı hadisələrlə əlaqələndirilməsin. Halbuki bu hadisələr birbaşa məhz o proseslərlə bağlıdır və məhz onlarla əlaqələndirilməlidir. İnsanlar neçə vaxtdır çaşqınlıq və qeyri-müəyyənlik içərisindədirlər. Bilmirlər hansı vasitəyə əl atsınlar ki, Moskvanın, lap elə dünyanın diqqətini öz ağır və dözülməz vəziyyətlərinə cəlb edə bilsinlər. Siz isə deyirsiniz ki, bunlar bir-birilə əlaqələndirilməsin. Bəs nə ilə əlaqələndirilsin?... Bir sözlə, bayaq da dediyim kimi, sözlərimiz çəpləşdi... O da yadımdadır ki, həmin müşavirədə SSRİ baş prokurorunun müavini İvan Pavloviç Abramovla yanaşı oturmuşduq. Mən danışdıqca, o ayağıma vurur, pencəyimin ətəyini dartırdı ki, “neynirsən?”. Təbii ki, mənim çıxışım Girenkonun və özümüzünkülərdən bəzilərinin xoşuna gəlmədi. Amma dediklərimi, o vaxt Nazirlər Sovetinin sədri işləyən Ayaz Mütəllibov da daxil olmaqla təqdir edənlər daha çox oldu...
Ertəsi gün Primakov və Girenko məni Mərkəzi Komitəyə çağırtdırdılar. Primakov danışmadı. Girenko da mübahisəli söhbətimizə qayıtmadı. Amma xahiş etdi ki, Azərbaycan Xalq Cəbhəsinin qeydiyyatının ləğv olunması üçün təqdimat yazım. AXC o vaxt Nazirlər Sovetinin qərarı ilə qeydiyyata alınmışdı. O da yadımdadır ki, qeydiyyat rəsmiləşdirilərkən Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovla Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy arasında səkkiz bənddən ibarət bir saziş imzalanmışdı. Dediklərindən belə çıxırdı ki, AXC fəaliyyətinin hansı mərhələsindəsə həmin sazişin bəndlərinə əməl etməyib, ona görə də mən prokuror kimi nəzarət qaydasında təqdimat verib onun qeydiyyatının ləğv olunmasını tələb etməliyəm. Mən onlara başa sala bilmirdim ki, Ayaz Mütəllibovla Əbülfəz Elçibəy arasında bağlanan saziş özfəaliyyət sənədidir və prokuror kimi mənə aidiyyatı yoxdur. Prokurorluq normativ aktların həyata keçirilməsi üzərində nəzarət funksiyasını yerinə yetirir. Nə isə... onlar məni başa düşmədilər. Yəni sözümüz bu dəfə də düz gəlmədi. Buna görə də məndən SSRİ-nin o vaxtkı baş prokuroru Aleksandr Yakovleviç Suxorevə şikayət etdilər ki, “burada bizə heç bir köməklik göstərmir, əksinə işimizə mane olur”. Suxorevlə çox yaxşı və səmimi münasibətlərimiz vardı. Özü də bu əlaqələr o, baş prokuror olmamışdan xeyli əvvəl yaranmışdı. Vaxtilə birgə xarici səfərdə də olmuşduq. Üstəlik mənə xüsusi inam bəsləyirdi. Amma... Suxorev mənə zəng vurdu və o da artıq başqa tonla soruşdu ki, “bu nə məsələdir, niyə təqdimat yazmırsan?”. Məsələni ona olduğu kimi məruzə etdim. Bir daha bildirdim ki, həmin saziş normativ akt olmadığı üçün prokurorluğa heç bir aidiyyatı yoxdur. Ancaq onlar bunu nədəsə məhz mənim və prokurorluğun əlilə etmək istəyirlər. Halbuki Nazirlər Sovetinin özünün Daxili İşlər, Ədliyyə nazirlikləri, Milli Təhlükəsizlik Komitəsi, nəhayət, Bakının komendantı var. Digər tərəfdən, AXC-nin daxilində də savadlı, təcrübəli insanlar yox deyil, sabah həmin sənədi qaldırıb deyərlər ki, baxın, qanunların işləməsi üzərində nəzarət funksiyasını həyata keçirməli olan bir qurum özü qanunsuzluq edib. Bundan sonra o, dərinə getmədi və “Vam vidnee” deyib dəstəyi asdı.
Ondan əvvəl isə bizimkilər özləri buna cəhd etmiş, lakin istədiklərinə çata bilməmişdilər. Beləliklə, bütün cəhdlərə baxmayaraq mən AXC – nin qeydiyyatının ləğv olunması üçün təqdimat vermədim. Amma dediklərimdən elə çıxmasın ki, bu, təkcə AXC-yə münasibətimdən irəli gəlirdi. Təbii, bu da vardı. Ancaq ən əsası həmin xahişin, tələbin özünün qanunsuz olması idi və mən də həmişə həm özünə hörmət edən, həm də qanunun aliliyi prinsipini gözləyən insan kimi başqa cür hərəkət edə bilməzdim”.
Qaldı Elçibəyin həbsi məsələsinin qarşısını alması, İlyas İsmayılov bunun da həqiqət olduğunu və hardasa 20 Yanvar hadisələrindən sonraya təsadüf etdiyini bildirib: “Yeri gəlmişkən, bunu çox rəğbət bəslədiyim hörmətli professorumuz Çapay Sultanov da yaxşı bilir. O dövrdə hələ zavod direktoru işləyən dostu Rəsul Quliyevin xahişi ilə məhz o yanıma gəlmişdi ki, mümkünsə, Əbülfəz bəyin həbsinə imkan verməyim. O vaxt onun həbsi təhlükəsi olduqca real idi və bunda maraqlı olanlar da vardı-istər Moskvada, istərsə də burada. Mən də bildirdim ki, Əbülfəz bəylə hələ tələbəlik illərindən tanışıq, aramızda, necə deyərlər, salam-əleyk, xətir-hörmət var, narahat olmasınlar. Təbii, detalları açıqlaya bilmərəm, ancaq fakt odur ki, nəticədə çətinliklə də olsa, mən onun həbsinə mane ola bildim. Ona görə “çətinliklə” deyirəm ki, o vaxt indiki kimi müstəqil deyildik. SSRİ vardı, Azərbaycan Respublikasının Prokurorluğu birbaşa SSRİ Prokurorluğuna tabe idi. Və Moskva SSRİ-nin əleyhinə çıxan böyük bir xalq hərəkatının liderinin təcrid olunmasında nəinki maraqlı idi, hətta israr da edirdi. Elə Azərbaycandan da Moskvaya Əbülfəz bəyin həbs olunması tələbi ilə aramsız müraciətlər gedirdi. Yəni o axına, təzyiqlərə baxmayaraq mən onun həbsinə mane ola bildim. Təbii ki, burada Əbülfəz bəylə münasibətlərimizdən başqa özümün təmiz məmur imicimin, vətəndaşlıq mövqeyimin, mövcud əlaqələrimin, şəxsi iradəmin və bütün bunlarla bahəm riskə getməyimin də rolu vardı. Yeri gəlmişkən, bu faktı rəhmətlik Əbülfəz Elçibəy televiziya çıxışlarının birində özü də etiraf etmişdi.
Bəlkə də təvazökarlıqdan uzaq görünəcək, amma onu da deyim ki, mən çoxlarını, o cümlədən Bakı Dövlət Universitetinin professoru Firudin Səməndərovu, istedadlı aktrisamız Afaq Bəşirqızını və başqalarını da həbsdən qurtarmışam. Amma təəssüf ki, yaxşılıq etdiyim adamların bəziləri sonradan mənə qarşı təşkil olunan qarayaxma kampaniyasına qoşuldular.
Nə isə… bütün bunlar çoxdan olub keçib. Təzədən geriyə qayıtmağa ehtiyac görmürəm. Əksinə hesab edirəm ki, biz bütün diqqətimizi gələcəyə yönəltməliyik. Heç kimdən də təşəkkür-filan gözləmirəm”.
Bax, belə. Nə az, nə çox...

1723