Dahilər və onlara qarşı birləşən kütbeyinlər
11 noyabr 2012 22:30 (UTC +04:00)

Dahilər və onlara qarşı birləşən kütbeyinlər

Tarixdə şəxsiyyətin rolu-bu əbədi bir mövzudur. Bütün dövrlərdə buna yanaşma birmənalı deyil, ziddiyətli xarakter daşıyıb və müxtəlif baxışlara, antitəlimlərə baxmayaraq əsrlərlə milli və dövlət həyatından kənarda nəzərdən keçirilməyib.

Lider fenomeni və onun mənsub olduğu zamanın qanunauyğunluqlarını, tarixi hadisələrin gedişini dəyişmək bacarığını hər zaman öyrənməyə həyati zərurət var.

Söhbət təkcə ondan getmir ki, xilaskarlıq missiyasına hər zaman ehtiyac duyulur və buna görə fərdi irslərdən imtina təhlükəlidir. Kimsə bunu idealist yanaşma sayıb deyərdi ki, xalq öz taleyinin müəyyənləşməsində statik və epizodik rol sahibidirsə, onda şəxsi igidlik və qəhrəmanlıq səlnamələrinin mənası yoxdur. Bir şəxsin döyüşü udması ilə müharibə qazanılmır. Çünki nəticəyə sahib duran xalq olmasa, qələbənin real nailiyyətlərini yaşamasa və ənənəvi sistemdən fərqli dəyişiliklər baş verməsə, onda bunun heç bir anlamı olmazdı.
İctimai proseslərin önünə çıxan və məsuliyyəti üzərinə götürməklə müstəsnalıq qazanan rəhbər süni ideallaşdırma ilə qəlbləri fəth də bilməz. Hər zaman gerçək ölüm təhlükəsini və riskləri özünə qəbul edərək, ən yaxın silahdaşlarlndan belə bir boy üstün olan və əbədiyaşarlığını təmin edən insanın missiyası təkcə Yer hadisəsi deyil, həm də Göydən gəlir.

Burada artıq hansı adla tarixdə qalmaqdan söhbət getmir. İstər qulların üsyanına rəbərlik elə, istərsə də Roma hökmdarı ol, fərq etməz. Bu yerdə “qəhrəmana ehtiyac duyan millət yazıqdır” deyənlərdən asılı olmayaraq tarix o şəxslərin yerinə gətirib başqasını qoymur, hökmlə, fərmanla birinci yeri ayrısına vermir.
Atatürk də belələrindəndir. Hər zaman diri olan, bütün dövrlərin və quruluşların müasiri kimi yaşayan bu böyük İnsanın sirri nədədir? Yüz ilə yaxındır ki, Onu öyrənən institutlar bunun üzərində baş sındırır.

Osmanlı imperiyasının çöküşü ilə yeni Türkiyənin meydana çıxmasının əhəmiyyətini yetərincə kiçiltmək olar. Kimsə deyəcək ki, böyük əraziləri fəth etmiş bir millətin dövlət qurmaq potensialı istənilən şəraitdə rellaşacaqdı. Xarici intervensiyaya müqavimət gücü də buradan irəli gələ bilərdi. Qoy, bu halda müharibə on il də artıq uzanaydı.

Yaxşı, tutaq ki, sultanların dini-konfessiya idarəçiliyinin də yerində yeni müstəqil respublika bərqərar etməyi digər Avropa ölkələrindən öyrənmək olardı. Hələ üstəlik, millətə çevrilmək, dinin sosial-siyasi sistemdə dəqiq yerini göstərmək, dil-əlifba-geyim inqilabını da sıradan bir hadisəyə çevirmək olar. Lakin Atatürk bir təkcə bunlarla əbədiyaşarlılıq qazansaydı, nə vardı ki…
Ona müxtəlif cinahdan hücum edənlərin və bu gün də antikamalizm hərəkatında möhkəmlənənlərin bata builmədiyi başqa nəsnələr var ki, türk xalqı özünün böyük oğlundan imtina etmədi.

Bu illər ərzində onun əleydarları Atatürkün adı keçən nə varsa, hamısına hücum etdilər. Hərbi sərkərdəliyini qısqandılar, etnik zümrələrə basqısından bəhs etdilər, öz kultunu yaratması ilə türk cəmiyyətinin liberralaşmasına zərbə vurduğunu iddia etdilər, silahdaşları ilə ayrılan yollarını ona irad tutdular və s. Bu gün də həmin tezislərdir. Nədən bolşevizmlə barış xətti yürüdüldüyünü, yaxud Avropada tüğyan edən faşizmə qarşı cəbhə açmadığını, yadfikirliliyi bəzən silahla yatırdığını və ya siyasi elitanın formalaşması zamanı “lojalar” yaratdığını Atatürkün tarixi günahlarına çeviriblər. Bu ona bəslənən inamı və idealları sarsıdımı? Qətiyyən..

İndiki dövrdən o hadisələrə tarixi konteksti nəzərə almadan qiymət verənlərin subyektivizmi çox zəif arqumentlərə bağlıdır. O, millətinin ən ağır günlərində milyonların bacarmadığını edib. Təkcə irəliyə atılmaq deyil,sərkərdə ola bilmək,kütlələri arxasınca aparmaq keyfiyyəti onu rəhbərə çevirib. Sonrakı əsatirləri hara yazsanız belə, Atatürk ruhlu bir milləti ona sevgidən məhrum edə bilməzdilər. Yüz beyin mərkəzi və təxribat institutu belə sadə xalqın qəlbindən onu çıxara bilmir.

Atatürkün böyüklüyünün tam bir miqyasını təsəvvür etməkdənsə, sadə bir həqiqəti dərk etmək kifayətdir. Onu sadəcə türk ağrısı və taleyi doğub ərsəyə gətirmədi, həm də əli qabarlı zəhmət adamları onu könüllərində daşıdılar. Cefferson elitanın lideridir, Lenin partiyasının qəhrəmanıdır, Atatürk isə bütün dövrlərdə və formasiyalarda üstünlük təşkil edən sadə insanların idealıdır. O dövlət təsis etməsəydi, belə, tarix onu öz səhifələrində saxlayacaqdı. Atatürkün kölgəsini nə qədər izləyən azadlıqqsevər, anarxist, dindar və antimillətçilərdən asılı olmayarq bu belədir...

Onsuz da dahilər doğulan kim bütün kütbeyinlər ona qarşı birləşirlər, lakin bu tarixdə nəyi dəyişir ki?..
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306

Oxşar yazılar