“Türkiyə həftəsi” çərçivəsində Gəncədə tədbir keçirilib – FOTO
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, APA-nın baş direktoru Vüsalə Mahirqızı, Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülent Araz, Beynəlxalq Antalya Universitetinin rektoru Cihat Göktepe və Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov iştirak edib. Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov Universitet haqda tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hər iki ölkənin strateşi araşdırmalar mərkəzi əsasında qarşılıqlı tədbirlər keçirildiyini bildirib: “Ötən il Azərbaycan həftəsi Türkiyədə keçirilib. Bu ildə Azərbaycanın bir neçə təhsil ocağında Türkiyə həftəsi həyata keçirilir. Bu gün ki görüşdə siyasi, iqdisadi, sosial, humanitar və qarşılıqlı məlumatlanma həyata keçirilir. Biz inanırıq ki, bu tədbirlər hər iki ölkə ictimayyəti üçün maraqlı olacaq, qarşılıqlı anlaşma şəraitini yaxşılaşdıracaq”.
F. Məmmədov Türkiyə-Azərbaycan münasibətlərinin siyasi-iqtisadi əsaslarından danışıb, hər iki dövlətin rəhbərlərinin qarşılıqlı strateji əməkdaşlıq üçün iradə nümayiş etdirdiklərini vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırma Mərkəzinin rəhbəri Bülənt Aras da iki ölkənin strateji əməkdaşlığından danışıb. O qeyd edib ki, Türkiyədə Azərbaycanın, Azərbaycanda da Türkiyənin daha çox tanıdılması, daha çox məlumat mübadiləsi üçün həm biz, həm də Azərbaycan SAM bölgələrdə, yerli universitetlərdə, elm mərkəzlərində mütəmadi görüşlər keçirilməsinə qərar vermişik. Bu müzakirələr bizi bir-birimizə daha da yaxınlaşdırır”.
B. Aras Türkiyə ilə Azərbaycan arasında dövlətlərarası əlaqələrin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğunu da qeyd edib. O bildirib ki, xalqlararası əməkdaşlıq, yaxınlaşma isə nümunəvi səviyyədədir: “Türk xalqının xüsusi münasibət göstərdiyi, hər dərdindən, şad günündən xəbər almaq istədiyi bir ölkə var, o da Azərbaycandır”.
Tədbirdə çıxış edən APA-nın baş direktoru Vüsalə Mahirqızı Türkiyə Azərbaycan münasibətlərində medianın rolundan danışıb: “Türkiyə və Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Bu münasibətləri göstərən, təbliğ edən isə mediadır. Hələ 1990-cı ildə Azərbaycanda 20 yanvar hadisələri baş verəndə dünya bu hadisəni Türkiyənin “Zaman” qəzetinin manşetindən duymuşdu. Daha sonra Azərbaycan müstəqillik qazandı, ölkəyə ilk gələn də TRT, Anadolu Agentliyi, “Zaman” qəzeti və digər türk nəşrləri oldu”.
V. Mahirqızı bu gün də Türkiyə mediasının Azərbaycanla bağlı yanaşması əksər hallarda diqqətəlayiqdir: “Türkiyədən 100 mindən də çox insanın iştirakı ilə “Taksim” meydanında Xocalı soyqırımı ilə əlaqədar mitinq keçirildi. Bu dəfə də Xocalı soyqırımı ilə bağlı məlumatın dünyaya çatdırılmasında ən böyük xidməti türk mediası göstərdi”.
V. Mahirqızı bəzən türk mediasında və ya filmlərində Azərbaycanla bağlı tənqidi və ya təhrif olunmuş məqamların xalqımız tərəfindən narazılıqla qarşılandığını da xatırladıb: “Digər ölkələrdə, məsələn, Rusiyada, İranda bizimlə bağlı belə məsələlər olanda heç kim narahatlıq, inciklik etmir. Çünki o ölkələrdə bizim ölkəmizə, xalqımıza münasibət bəllidir. Türkiyə ilə bağlı olanda isə insanlar öz doğmalarından inciyər kimi narahatlıq keçirirlər. Eyni məsələlər Azərbaycan mediasında Türkiyəyə olan bəzi yanlış yanaşmalarda da baş verir. Ona görə də mediadakı həmkarlarımın fəaliyyətlərində bu həssasiyyətə xüsusi diqqət yetirmələri vacibdir”.
APA-nın baş direktoru Türkiyə mediasında xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı xəbərlərə daha çox yer verilməsini arzuladığını ifadə edib: “Türkiyədə PKK terrorunun qurbanı olan hər bir şəhid bizim üçün ağrılı bir xəbərdi, biz ona media olaraq xüsusi diqqət ayırırıq. Mən arzulayıram ki, Türkiyədə də erməni terrorunun qurbanı olan hər bir Azərbaycan şəhidi xəbər olsun və dünyaya duyurulsun”.
Azərbaycan Milli Məclis aparatının analitik-təhlil şöbəsinin müdir müavini Hatəm Cabbarlı isə iki ölkə parlamentlərinin əməkdaşlığından danışıb. O qeyd edib ki, hər iki ölkənin parlamentləri həm qarşılıqlı olaraq, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.
Qeyd edək ki, bu gün Azərbaycanda “Türkiyə həftəsi” ilə bağlı tədbirlər silsiləsi çərçivəsində nümayəndə heyəti Ağdamda olacaq, məcburi köçkünlərlə görüşəcək.

1888