İkisi də “Mançester Yunayted”dən gedəcək
07 sentyabr 2025 09:35 (UTC +04:00)

İkisi də “Mançester Yunayted”dən gedəcək

0

Harri Maquayr və Kazemiro gələn yay "Mançester Yunayted"i tərk edəcəklər. 

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, Maquayr ilə Səudiyyə Ərəbistanının iki klubu ilə maraqlanır.

Harri Yaxın Şərqə köçməyə hazırdır, lakin bu variantı yalnız mövsüm bitdikdən sonra nəzərdən keçirəcək. Yayda ona bir neçə təklif gəlsə də, klubu dəyişməkdən imtina edib. Maquayr karyerasını “Mançester Yunayted”də davam etdirəcəyini də istisna etmir.

Kazemironun gələcək taleyi də mövsümün sonunda müəyyənləşəcək, lakin braziliyalının klubu tərk etmə ehtimalı var. Avropa komandalarından ona real maraq olmadığı üçün yarımmüdafiəçi vətəninə qayıda bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar