İqbal Ağazadə: “Məni sözlə, sevgiylə almaq olar, pulla yox...” – SÖHBƏT
Qadın klubumuz fərqli layihələr təqdim edir. İlk layihəmiz klubumuza məşhur kişiləri dəvət edib, müxtəlif mövzularda söhbət etməkdir.
Klubumuzun üzvləri:
Xalisə Şahverdi – hüquqşünas
Günel Mövlud – yazar
Aygün Aslanlı – kinoşünas
İradə Tuncay – publisist
Obrazlarımız:
Xalisə Şahverdi – realist iş adamı
Günel Mövlud – romantik solçu
Aygün Aslanlı – melanxolik ziyalı
İradə Tuncay – təmkinli, ziyalı xanım
Budəfəki qonağımız Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadədir.
İqbal bəyi qonaq seçməyimizin səbəblərindən biri də bu günlərdə avtomobil qəzasına düşərək, zədələnməsi idi. Ayağının biri sınmış İqbal bəyə həm bir «keçmiş olsun»a getdik, həm də «Qadın klubu»nun suallarını cavablandırmağını da istədik. Baş direktorumuz Qabil Abbasoğlu sağ olsun, dörd qadını İqbal bəyin şəhərin ucqarında yerləşən bağına aparıb-gətirməyi boynuna götürdü. Özü isə söhbət zamanı təvazökarca susub, bir tərəfdə oturdu.
Elə salamlaşar-salamlaşmaz, qəza məsələsindən başladıq.
Günel: İqbal bəy, məncə, qəza yaranmasının səbəbkarı özünüz olmusunuz. Təsadüfən sürətiniz 190 deyildi ki?
İqbal Ağazadə:
- Mən 190-la da, 200-lə də maşın sürmüşəm. Amma maşında ailə ilə, məsuliyyətini daşıdığım adamlarla olanda heç vaxt sürət həddini keçmirəm. Bu dəfə də sürət həddini keçməmişdim. Mənimlə toqquşan maşının sürücüsü naşı idi. Günah onda oldu.
Günel: 190-200-lə maşını millət vəkili olmazdan əvvəl sürürdünüz, yoxsa olandan sonra?
- Millət vəkili olmamışdan əvvəl. Millət vəkili olana qədər hətta maşını nömrəsiz və «prava»sız da sürmüşəm.
İradə Tuncay: Belə özündən razı cəhətlər mənə nə qədər tanışdır...
- Özümdən razı olsaydım, deyərdim ki, millət vəkili olandan sonra sürmüşəm. Amma iddialı adam olduğumu etiraf eləyirəm. Bu arada, biz bu söhbəti çay süfrəsi arxasında da edə bilərik.
Millət vəkilinin bizim üçün hazırlatdırdığı çay süfrəsi arxasında əyləşirik və İradə Tuncay İqbal bəyə xəbərdarlıq eləyir:
- Bu elə bir layihədir ki, burada qonaq gərək çox səmimi olsun. Azərbaycanda isə səmimi olmaq çətin və təhlükəlidir.
- Mən çox səmimi və rahat adamam. İstədiyiniz sualları verə bilərsiniz.
Günel: Söhbətə belə başlamaq istəməzdim, amma xətrinizə dəyməsin, mənə həmişə elə gəlir ki, siz səmimiliyi oynayırsız...
- Bəlkə də mənim xarici görünüşüm insanlara belə düşünməyə əsas verir. Məni yaxından tanımayan adamların əksəriyyəti barəmdə çox fərqli fikirdədilər.
Günel: Bu fərqli fikirlərin nə qədəri mənfidi?
- Doxsan doqquz faizi.
Günel: Niyə?
- Ola bilsin ki, xarici görkəmimdə qabalıq çoxdu, eqoizm həddən artıq görünür. Buna görə ola bilər. Amma yaxından tanıyan adamlar bilirlər ki, belə deyil.
İradə Tuncay: Sizi yaxından tanıyan adamlar daha çox əks cinsin nümayəndələridi?
- Mən tanışlıq məsələsində insanları cinslərə ayırmıram.
İradə Tuncay: Mən bir şey də eşitmişəm ki, İqbal bəy qadın məsələsində də iddialıdı.
- Qadın məsələsində iddialı olmağın nəsə fəlsəfəsi mənə çatmadı...
Günel: Məncə, İradə xanım bunu demək istəyirdi ki, siz də əksər kişilər kimi, çox şeyi qadın məsələsində qələbə çalmağa hesablayırsız. Belə bir qənaət də var ki, ümumiyyətlə, bütün kişilərə pul və hakimiyyət daha çox qadın əldə etmək üçün lazımdır.
- Yox, mən nə Don Kixot deyiləm, nə də Don Juan deyiləm.
Aygün: Don Juanlığın axı pulla, hakimiyyətlə bir əlaqəsi yoxdu.
İradə Tuncay: Niyə ki? Maddi imkanlar, hakimiyyət bunun üçün bir vasitədi. Həm də adama cazibədarlıq verir.
- Mən tələbə vaxtımdan maşınla, sürücü ilə, mühafizə ilə gəzirdim. Halbuki indi heç mühafizə ilə gəzmirəm. Yaxşı biznesmen olmuşam. Amma siz deyən kimi istifadə etməmişəm.
Günel: Bəs o imkanlardan nə üçün istifadə edirdiz?
- Harda pul lazım olubsa, orda istifadə eləmişəm. Bircə məsələdən başqa.
Günel: Amma deyirlər ki, pul insana daha çox günah gətirən şeylər üçün lazımdı.
- Seyran Səxavətin bir məsəli var. Biri haqqında danışırlar ki, filankəs çox kasıb adamdı, amma mərddi. Cavab verir ki, hələ gəl gör kasıb ola-ola bir namərd də olsun – adamın dartıb ağzın cırarlar. Yəni o günah gətirən və gətirməyən şeylər boş sözlərdi. Pulun günaha-gunahsızlığa elə bir dəxli yoxdu.
Aygün: İqbal bəy, sizin bir müsahibənizi oxudum. Və nəsə mənə elə gəldi ki, siz romantik adamsınız.
- Yox. Deməzdim.
İradə Tuncay: İndi nəsə hamı romantik olmaqdan qorxur.
- Bilirsiz, zaman dəyişdikcə, insanların həyat tərzi dəyişdikcə, romantika anlayışı da dəyişib. Ola bilər ki, romantika göylərdən bir az yerə enib. Amma hər bir insanın içində bir az romantika var. Hər halda, düşünürəm ki, içi olan adamam.
Aygün: İqbal bəy, niyə azərbaycanlı siyasətçinin obrazı belə mənfidi? İnkişaf eləmiş ölkələrdə siyasətçilər dividendi xalqa daha yaxın olmaqla qazanırlar. Xalqın içinə olurlar, məsələn, Barak Obama McDonalds-a gedir. Amma bizim siyasətçilər özlərini daha rəsmi, daha uzaq tuturlar. Özlərinə bir divar hörüblər və o divarın arxasında da hələ üstəlik, romantik olmaqlarına da bəraət qazandırmağa çalışırlar.
Xalisə: Təbii ki, bu suala İqbal bəy özü cavab verəcək, amma mən onu tanıdığım qədər, İqbal bəy çox rahat adamdır.
- İnsanı yaxşı tanımaq üçün gərək ya onunla şəxsən tanış olasan, ya da ictimai əsaslarla tanış olasan. Bizim insanlarla ictimai əsaslarla münasibət qurmağa çox da imkanımız yoxdu. Bəlkə də düzdü ki, biz seçicilərlə lazım olduğu qədər yaxın deyilik.
Günel: Sadə bir şey deyim: yaxınlıqdan danışırsız, amma hasarınızın hündürlüyü iki adam boyundadı. İnsanlardan bu qədər gizlənirsiz və sonra şikayət eləyirsiz ki, onlarla yaxın ola bilmirsiz.
- Biz hələ Avropada yaşamırıq. Həyat tərzimiz onlarınkı kimi deyil ki, balaca bir arakəsmə ilə kifayətlənək. Biz mental dəyərlərə tabe olmağa məcburuq. Çünki bəzi stereotiplər var ki, onları dağıdanda adam ya özü, ya da yaxınları əziyyət çəkir. Bu, bir fərdin edə biləcəyi bir şey deyil. Əvvəla, insanların öz içlərindəki divarlar yıxılmalıdı. İkincisi, xalqın özünü düzəltməyi, baxıb ibrət götürməli olduğu tarixi şəxsiyyətlər olmalıdı. Ruslar Vladimirə, İvan Qroznıya baxıb ibrət götürürlər. Biz kimə baxırıq – heç bir tarixi şəxsiyyət barədə ortaq qənaət yoxdur. Bir qrup Şah İsmayılı bəyənmir, bir qrup Məmməd Əmin Rəsulzadəni, bir qrup Elçibəyi, bir qrup Heydər Əliyevi...yazıçılarımız indiyə qədər azərbaycanlı obrazı yarada bilməyiblər. Çünki bu, bir nəfərin beyninin məhsulu ola bilməz. Ortaq, ümumi, qəbul olunmuş obrazlar olmalıdı.
Aygün: Mirzə Cəlil, Axundov, Nəcəf bəy Vəzirov... artıq 2012-ci ildi və o obraz hələ də yoxdu. Bunun səbəbi nədi?
- Çox sadə səbəbi var: Bu, insanların fərdi qabiliyyəti ilə yetişən məsələ deyil. Bu tip şeyləri dövlətçilik yetişdirməlidir. Mirzə Fətəli Axundov Şahbaz bəyi yaratdı, Nəcəf bəy Vəzirov Fəxrəddini, Mirzə Cəlil İsgəndəri, Hüseyn Cavid Turxan bəyi... Amma bunların heç biri tam olmadı, obraz tamamlanmadı, çünki ortada nümunə, prototip olacaq şəxsiyyət yox idi. Belə olanda da fərdi qabiliyyət məhsulu ortaya çıxır. Mirzə Ələkbər Sabir kimi şəxslər də bu cür ortaya çıxır, xalqı tənqid eləyir və istədiyi kimi tərbiyə eləməyə çalışır. Xalq da buna hazır olmur. Çünki xalqı onun içindən çıxanlar deyil, onu idarə eləyənlər tərbiyə eləməlidi. İnşallah, bir gün mən dediyim institutların köməyi ilə bu obrazlar da yaranacaq.
Aygün: Mən nəsə ümidsizəm bu məsələlərdə. Bizim xaricə gedib-gələn dostlarımızın əksəriyyəti deyir ki, biz nankor xalqıq. Hamıdan varlıyıq, hər şey yaxşıdı, amma bunun qədrini bilmirik...
- Bir xalqın folklorunda «soğan olsun, nağd olsun», «palaza bürün, elnən sürün» kimi məsəllər varsa, indi belə şeylər demələri normaldı. Bizim insanlar hələ də azad yaşamanın, əsl azadlığın nə olduğunu bilmirlər. Buna görə də, hələ də «soğan olsun, nağd olsun» prinsipi ilə yaşayırlar.
Günel: Xalisə bu gün əslində hamıdan fəal olmalıdı. Çünki İqbal bəyi daha yaxşı tanıyır.
Xalisə: Mən bayaqdan düşünürəm ki, İqbal bəydən nə soruşum?
Günel: Niyə iki siyasətçi bir yerə düşəndə belə eləyir? Beş-altı gedişi əvvəlcədən hesablayır? Nə istəyirsən, onu da soruş.
Xalisə: İqbal bəy, sizin iddialı adam olduğunuzu bilirəm. Bu iddialara uyğun bacarığınızın və intellektinizin də olduğunu bilirəm. Məsələn, mən elə özümdən götürürəm ki, gənc yaşlarda məndə bir dövlət işində işləmək arzusu vardı. Sizdə olubmu belə şey?
- Mən tələbə vaxtlarımdan indiki hakimiyyətə müxalif olmuşam. Universiteti bitirənə qədər 53 imtahan vermişdik. Hamısından “5” almışdım. Bugünkü təhsil nazirimiz Misir müəllim o vaxt Bakı Dövlət Universitetinin birinci prorektoru idi. Təyinat vaxtı gələndə mənə – müharibə veteranına, bir dənə «4»ü olmayan məzuna, neçə rəsmi müqavilələrin tərcüməçisi olmuş adama hara təyinat versələr yaxşıdı: Tərtər rayonunun Seydimli kənd orta məktəbinə. Təyinata qol çəkməyib, çıxıb getdim. Maraqlıdı ki, qrupumuzdan heç kim öz təyinatına qol çəkməmişdi. Axır ki, güzəştlə mənə azad təyinat verdilər. Sonra da Vasim Məmmədəliyevin təkidi ilə məni universitetdə saxladılar. Ta ki, doxsan beşinci ilin mart ayına qədər orda çalışdım. Sonra müxtəlif özəl universitetlərdə dərs demişəm. Açığı, mən heç vaxt pula görə dərs deməmişəm. Elə tələbələrim olub ki, indi mənim yadımda deyillər, amma görəndə əlimi sıxırlar, deyirlər ki, tələbəniz olmuşam. Mən onlarla fəxr eləyirəm.
Aygün: Deməli, siz Seydimli kənd orta məktəbində də nə qədər uşaq yetişdirə bilərdiniz...niyə getmədiniz ki, ora? Bəlkə belə daha çox xeyir verə bilərdiniz?
- Axı mən niyə getməli idim? O qədər tələbələrin arasında savadı ilə, mövqeyi ilə seçilən bir adama qarşı ədalətsizliklə barışmalı idimmi?
Günel: Məncə siz ora getsəydiniz, əsl İqbal Ağazadə üzə çıxa bilərdi?
- Siz mənim barəmdə çox bədbin fikirdəsiniz... Mən indi, burada da insan yetişdirirəm.
İradə Tuncay: Məncə də siz o kəndə getsəydiniz, daha yaxşı olardı. Sovet vaxtı kəndlərdə elə yaxşı pedaqoqlar çalışırdılar ki, ordan gələn uşaqlar nəinki Bakıda, Moskvada imtahan verib, qəbul olunurdular. Yəni siz də elə uşaqlar yetişdirə bilərdiniz...
Xalisə: Bir vaxtlar sizə mane olan adamlarla sonra parlamentdə həmkar olanda münasibətiniz necə oldu?
- Mən kinli adam deyiləm. Bir dostum var. Deyir ki, mən beş-on minə satılmaram. Amma qarşıma beş milyon qoysalar, bilmirəm nə eləyərəm... Mən də nə vaxtsa hansısa universitetin prorektoru olsam, mənə qarşı müxalif olanlara qarşı tolerant ola biləcəmmi, bunu bilmirəm.
Günel: İqbal bəy, heç adam döymüsünüz?
İradə Tuncay: Əlbəttə, bu boy-buxunun yiyəsi gəl gör hələ bir adam döyməsin də!
- Əlbəttə, döymüşəm.
Günel: Millət vəkili olandan əvvəl döymüsüz, yoxsa sonra?
- Əvvəl də döymüşəm, sonra da. Cavanlıqda çox davakar olmuşam. Amma doxsanıncı ilin avqust ayında başa düşdüm ki, bir xırda davaya görə həbsdə yata bilərəm və bu, mənim bütün taleyimin üstündən xətt çəkə bilər. O vaxtdan çalışdım ki, mümkün qədər az dava eləyim. Axırıncı dəfə bu yaxınlarda bir cəbrayıllını döymüşəm. Amma günah məndə deyildi. Yaxın adamlardan birinin toyu idi. Tamada mənə söz verdi. Sözümü dedim, keçib oturmaq istəyəndə yaxınlıqda dayananlardan biri nəsə dedi. Səs-küy olduğundan eşitmədim. Əlimi çiyninə qoyub, gülümsəyərək soruşdum ki, nəsə dediniz deyəsən, başa düşmədim. Mənə dedi ki, sən məni başa düşməzsən, keç otur yerində. Yavaşca çiynini sıxdım, dedim ki, içki məclisidi, başa düşürəm, amma özünü layiqli apar. Mənə çox kobud cavab verdi. Büruzə vermədən, yavaşca vurdum, keçdim oturdum yerimdə. Beş dəqiqədən sonra gəldi ki, çıxaq həyətə söhbət eləyək. Çıxdıq, yenə də onu vurdum. Sonradan bildim ki, SSRİ idman ustası, boks çempionu imiş.
Günel: Cavan vaxtı qızlara görə dava eləmisiz?
- Yox, qızlara görə heç vaxt dava eləməmişəm.
İradə Tuncay: Nə ağıllı adamsız...
- Mən belə məsələlərdə təmkinliyəm. Yadıma gəlir, on birinci sinifdə xatirə dəftərləri yazırdılar. Orda on yeddinci sual belə idi: sevirsinizmi? Mən yeganə adam idim ki, yazmışdım ki, yox, mən niyə sevirəm, sevirlər, qoy məni sevsinlər.
Aygün: Qoy məni sevsinlər prinsipi hələ də qalır?
- Əsasən, hə.
Aygün: Belə maraql deyil axı. Adam bir dəfə deyər, bir dəfə eşidər. Bunu deməyin də öz dadı var.
İradə Tuncay: İqbal bəy, kişi nə vaxt qocalır?
- Kişi hansısa qadın barədə deyirsə ki, o gözəl deyil, deməli, kişi artıq qocalıb.
Xalisə: İqbal bəy, sizcə niyə müxalifətçi liderlərin əksəriyyəti qarabağlıdı?
- Əslində cəmi iki nəfər qarabağlı müxalifətçi lider var – mən və İsa Qəmbər. Əli Kərimli Saatlıdan, Pənah Hüseyn Sabirabaddan, Sərdar Cəlaloğlu Naxçıvandandı və s. amma ortada bir regionçuluq amili olduğundan qarabağlı müxalifətçilər tez gözə çarpır.
Günel: Mən sualı başqa cür qoyuram: niyə müxalifətçi liderlərin əksəriyyəti dindardı? Yəni müxalifətin işi Allaha qalıb?
- Allahın ətəyindən yapışmaq gözəl şeydi. Siz hələ cavansınız, gün gələr, bunu anlayarsız. Mən Allahın hikmətləri ilə bağlı çox şey görmüşəm. Amma siyasətdəki yerimi təkcə Allaha deyil, həm də onun mənə verdiyi ağıla etibar eləmişəm. Müxalifətçilər arasında isə qatı dindar yoxdu. Ümumiyyətlə, Azərbaycanda islam sosiallaşmayıb, məişət səviyyəsindən o tərəfə keçməyib. Buna görə də bizim dindarlıq göstəricilərimiz namaz qılmaqdan, oruc tutmaqdan o yana keçmir. Bizdə heç vaxt islam hakim ideologiya səviyyəsinə gəlməyəcək də. Bunun səbəbləri çoxdur. Dindən qorxmayın.
Aygün: Bayaq beş-on minə satılmayacaq, amma beş milyona satıla biləcək dostunuzdan danışdınız. Maraqlıdır, sizin qiymətiniz nə qədərdi? Yəni sizi nə iləsə, nə qədərləsə almaq olarmı?
- Məni sözlə almaq olar. Amma pulla olmaz.
Günel: Bəs sevgi ilə almaq olar?
- Sevgi ilə də almaq olar.
Günel: Sizi almaq üçün nə qədər sevgi olmalıdır?
- Onun dəqiq həcmi, ölçüsü yoxdu axı.
Xalisə: İqbal bəy, sizcə, bu gün Azərbaycan qadını layiq olduğu yerdədirmi?
- İnsanlar həmişə olmalı olduqları yerdədilər. Bizi belə tərbiyə eləyiblər. Amma biz dəyişirik. İyirmi il bundan əvvələ baxın. Görün nə qədər dəyişmişik.
İradə Tuncay: Bir məsələ də var ki, bizdə qızlarda uşaqlıqdan kişilərə qarşı qəribə bir münasibət tərbiyə eləyiRlər. Bu da böyüyəndə müəyyən komplekslər yaradır. Ailədə də qadın olmur. Cəmiyyətdə də qadın olmur.
- Bizim qadınlarda da günah çoxdu. Qaçmaq lazım olanda qanadlarını göstərirlər. Uçmaq lazım olanda ayaqlarını... Nəsə müzakirə eləyirsən – deyirlər ki, axı mən qadınam! Başqa şeylərə gələndə isə “bəs, bizim hüquqlarımız?” Amma təbii ki, cəmiyyətin, mentalitetin də günahı az deyil. Dəyərlər sistemində qüsurlar var. Saxta əxlaq kodeksləri var. Baxın, biri yüksək kresloda oturub, rüşvət alır, xalqın pulunu oğurlayır – ona heç kim əxlaqsız demir. Amma bir qadın ehtiyac üzündən bədənini satanda ona əxlaqsız deyirlər. Çıxın küçəyə, kimdən soruşsanız ki, “oğru pisdi, yoxsa bədənini satan?” - cavab verəcəklər ki, oğurluq kişi işidi, əlbəttə, bədənini satan pisdi.
İradə Tuncay: İqbal bəy, siz səmimisiniz bu sözlərdə?
- Əlbəttə, çox səmimi deyirəm.
Günel: Nəsə, mənim də inanmağım gəlmir. Məncə, konkret öz həyatınız, yaxınlarınız belə şeylərlə üz-üzə gəlsələr, siz indi danışdığınız kimi hərəkət eləməyəcəksiniz. Bu konkretləşdirməyə görə üzr istəyirəm, məsələn, oğlunuz böyüyüb, yüngül əxlaqlı bir qadınla həyatını bağlamaq istəsə, belə tolerant ola biləcəksiniz?
- Mən ona özüm düz bildiyim tərbiyəni verirəm. Necə yaşamağın doğru olduğunu, hansı dəyərlərə üstünlük verilməli olduğunu öyrədirəm və göstərirəm. Bütün bunlardan sonra o yenə siz dediyiniz kimi hərəkət eləsə, bu o demək olacaq ki, mənim ona verdiklərimin faydası olmayıb. O halda, əlbəttə, müdaxilə etməli bir şey də qalmır.
Xalisə: İqbal bəy, qadın prezidenti olan bir ölkədə də müxalifətçi olardınız?
- Yox, Xalisə, mən qadınlara müxalif ola bilmirəm! Əgər nə vaxtsa prezident qadın olsa, çalışacam ona kömək edim.
Aygün: İqbal bəy, niyə bizdə kişilərin 90 faizi xəyanətə meyllidi?
- Heç bir kişi xəyanəti təkbaşına eləmir. O da xəyanəti başqa qadınla birgə həyata keçirir. Və o qadın da çox vaxt kiməsə xəyanət eləmiş olur. Deməli, xəyanət məsələsində qadın da kişi də bərabərdi. Bir də, mənə elə gəlir ki, siz bu xəyanət məsələsini çox şişirdirsiz. Rəhmətliyin nəvəsi, adam ölməyib, qan düşməyib.
Günel: Onda sizin xəyanətkar, belə deyək, “qadağan olunmuş meyvəyə meylli” qadınlara münasibətiniz necədi?
- Uzaqbaşı, onu cənnətdən qovmaq olar. Bunu gözünün qarşısına gətirirsə – o meyvə, o da qadın – getsin yesin. Yadınızda saxlayın, hər kəsin özünə müəyyən elədiyi bir həyat tərzi var. Bunu qəbul edərək yaşamalıdı adam. “Bağışlamayacam” deyə bir şey yoxdu. Baxır nəyi nə qədər bağışlamaq olar. Adam var, bir kobud sözü bağışlamır. Adam var, nəsə başqa bir şeyi bağışlamır.
Günel: Bəs, siz nəyi bağışlamazsız?
- Baxır hansı qadına...
Günel: Məsələn, sevdiyiniz qadına. Təbii ki, belə bir qadın varsa...
- Ancaq məni sevməməyini bağışlaya bilmərəm. Başqa hər şeyi bağışlaya bilərəm.
Günel: Belə bir şey olub?
- İndi mən necə deyim ki, belə bir şey olmayıb? Əksi olub. Məni sevib cavab almayanlar, hətta buna görə ailə qurmayan qadınlar olub. Hamısı mənim günahlarımdı. Zarafat bir yana, mən tip etibarilə başqa adamam. Hələ cavanlıqda da heç vaxt qız dalınca düşməmişəm. Həmişə qorxmuşam ki, birdən mənə kobud bir söz deyərlər, onu bağışlaya bilmərəm. Qadına qarşı da kobudluq eləyə bilmərəm və nə hala düşərəm?
Aygün: Deməli, sizdə bir rədd edilmək qorxusu var?
- Hə. Yəqin ki, bir az eqoizmlə bağlıdı.
Günel: Sevmədən qadınla yaxın ola bilirsiz?
- Hansı kişi desə ki, ola bilmir, yalan deyir. Amma sevgi ilə olan yaxınlıqla sevgisiz yaxınlığın arasında böyük bir fərq var: öz evinlə qonaq gəldiyin, birazdan tərk edəcəyini bildiyin ev qədər.
İradə Tuncay: İqbal bəy, bu müsahibədən sonra sizin qadın pərəstişkarlarınızın sayı daha da artacaq.
Günel: Nə bilmək olar, İqbal bəy bəlkə elə bayaqdan danışdıqlarını buna hesablamışdı.
- Belə olur da. Rahat, səmimi danışırsan, axırda da belə.
Günel: İnsanlardan gizlətdiyiniz nəsə var?
- Məsələn nə?
Günel: Məsələn, nikahdankənar övlad.
- Yox!
Günel: Fiziki qüsur.
- Fiziki qüsur bir başımın keçəlliyi var, onu da gizlətmək mümkün deyil.
Günel: Bir məktub və ya şəkil...
- İş stolumun siyirməsində xeyli məktublar var. Onları gizlətmirəm, amma heç kimə də oxumağa vermirəm. Bəlkə gələcəkdə, mən öləndən sonra çap olundu.
Aygün: İqbal bəy, “Facebook”da nə qədər dostunuz var?
- Beş min.
Günel: Nə qədəri qadındı?
- Üç mindən çoxu qadındı.
Günel: Nə qədəri ilə yazışırsız?
- Kim yazsa, onunla. Özüm heç vaxt yazmıram.
Aygün: Sizə yazan qadınların ilk sözü nə olur?
- İlk sualları bu olur ki, özünüzsünüz? Mən də cavab verirəm ki, imkan versəniz, özüm olaram.
İradə Tuncay: Bu nə bədii cümlə oldu. Mən təklif eləyirəm ki, elə yazımızın başlığı da bu olsun: İmkan versəniz, özüm olaram!

2541