"Gəncədə gördüklərim məni sarsıtdı” - Belarus səfiri
28 oktyabr 2020 12:21 (UTC +04:00)

"Gəncədə gördüklərim məni sarsıtdı” - Belarus səfiri

“Mən Gəncəyə səfər etməyə qərar verdim. Diplomatlar burda olarkən mən xəstə idim. Gəncə və Belarus arasında həmişə yaxın və xeyirxah münasibətlər olub. Raket zərbələrinin endirildiyi yerdə gördüklərim məni sarsıtdı”.

APA-nın xəbərinə görə, bunu Gəncədə səfərdə olan Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, XXI əsrdə dinc, yatmış şəhərə raket zərbələrinin endirilməsi yolverilməzdir.

Səfir müharibənin yazılmamış qanunlarına riayət etməyə, yaşayış məntəqələrini atəşə tutmaqdan yayınmağa çağırış edib.

Diplomat mümkün qədər tez sülh danışıqlarına başlanılmasının vacibliyinə toxunub. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində sülh yolu ilə ərazi bütövlüyü əsasında həll edilməlidir.

G. Axramoviç qeyd edib ki, Belarusun münaqişə tərəfləri ilə isti münasibətləri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504
avatar

Oxşar yazılar