“Dünya haqlının, Azərbaycanın yanında olmalıdır” - Çavuşoğlu
06 oktyabr 2020 14:28 (UTC +04:00)

“Dünya haqlının, Azərbaycanın yanında olmalıdır” - Çavuşoğlu

“Azərbaycanın işğal edilmiş torpaqları müvafiq qərarlara baxmayaraq, azad edilməyib. Bütün bunlara baxmayaraq, hər zaman hücum edən Ermənistan olub. Çətin vəziyyətə düşən Ermənistan Gəncəni, Tərtəri, Xızını atəşə tutur. Bu, müharibə cinayətidir”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan mülki əhalinin yaşadığı obyektləri hədəfə almır: “Fərq budur. Biz Azərbaycanla bir millətik. Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü dəstəkləyiriksə, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə ikili standartlar olmamalıdır. Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Dağlıq Qarabağ Azərbaycanındır. Hamı atəşkəs çağırışı edir. Atəşkəs olsun, amma nəticə nə olacaq? Ermənistana Azərbaycan torpaqlarından dərhal çıx deyirlər? Demirlər. Həmsədrlərlə dəfələrlə görüşmüşəm. İşğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460
avatar

Oxşar yazılar