"Bu, terrorçuluqdur, soyqırımdır" - Hikmət Hacıyev
28 oktyabr 2020 15:23 (UTC +04:00)

"Bu, terrorçuluqdur, soyqırımdır" - Hikmət Hacıyev

“Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın vandalizmi və müharibə cinayətləri davam edir”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi bu gün Bərdənin yenidən raket atəşinə tutulmasını genosid aktı adlandırıb: “Bu, Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən davam edən vandalizmin, barbarlığın növbəti bariz nümunəsidir. Dünən Ermənistan hərbi rəhbərliyi isə bəyan edirdi ki, bizə hücum edəcəklər. Biz inanırdıq ki, onlar müharibədə öz sözünü deyəcəklər. Amma onlar mülki şəxslərə hücum etməyə qərar veriblər. Bərdə Tərtərdən geridədir. Orada heç bir hərbi təyinat yeri yoxdur. Eyni zamanda raket düşən ərazi bazar kimi fəaliyyət göstərirdi və ərazidə ticarət obyektləri var idi. Bu, tam şəkildə mülki obyektdir. Buna başqa ad vermək olmaz. Bu, terrorçuluqdur, soyqırımdır, onların işi-gücü ancaq mülki şəxsləri öldürməkdən ibarətdir. Biz də beynəlxalq ictimaiyyətə üzümüzü tutub söyləyirik ki, bu terror qınanılmalıdır. Baş verənlər Ermənistanın yüksək rəhbərliyi tərəfindən icra olunan terror siyasətidir. Biz bilirik ki, raketlər necə atılır. Bu raketlərin atılması əmri şəxsən Ermənistanın Baş Naziri Nikol Paşinyan tərəfindən gəlir. Azərbaycanın siyasəti bəllidir. Biz heç bir şəkildə mülki şəxslərə hücum etmirik və tam şəkildə ondan çəkinirik. Onlar bizim hərbi obyektlərimizə hücum edəndə biz onların hərbi obyektlərinə hücum edirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin əlində bu raketlər olduqca onlar bu mənfur siyasətini davam etdirəcəklər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar