Yuxusuzluğa  SON:   Bu yağı ayağınızın altına sürtün
02 aprel 2024 05:53 (UTC +04:00)

Yuxusuzluğa SON: Bu yağı ayağınızın altına sürtün

Yuxusuzluq bir çox insanın əziyyət çəkdiyi ən ümumi problemlərdən biridir.

Yataqda sağa-sola döndüyünüz halda yata bilməməkdən şikayət edirsiniz.

Təbiətdə sağlamlığımız üçün şəfa verən bir çox bitki var.

Bu bitkilər müxtəlif üsullardan istifadə etməklə xəstəliklərin sağalmasında effektiv nəticə əldə etmək imkanı yaradır.

Təbiətin bu möcüzəli bitkilərinə insanlar bir çox səbəblərə görə ehtiyac duyur.

Maye və ya quru şəklində istehlak edilə bilən müxtəlif bitki yağları sağlamlığınıza şəfa verir.

Faydaları saysız-hesabsız olan bu yağın narahatlıq və depressiyaya da yaxşı olduğu bilinir. Bu təsiri sayəsində yuxu problemlərinin həllində də təsirli nəticələr verir.

Sakitləşdirici və rahatlaşdırıcı təsiri ilə efir yağları arasında seçilən lavanda yağı yatmazdan dərhal əvvəl ayaqlara çəkildikdə sağlam və rahat bir gecə keçirməyə imkan verir.

Stress və depressiyaya qarşı müalicəvi təsiri ilə tanınan lavanda yağı yuxu rejiminə müsbət fayda verməklə yanaşı, sakitləşdirici və aromaterapiya xassisəsinə də malikdir.

Bu səbəbdən gecə yatmazdan əvvəl ayaqlarınızı lavanda yağı ilə ovuşdurmaq həm yuxusuzluq probleminizi həll edəcək, həm də yuxu keyfiyyətinizi artıracaq.

Bundan əlavə, lavanda yağı dəri, saç və sızanaqlar üçün istifadə edilə bilən və təsirli nəticələr əldə etməyə kömək edən yağlar arasındadır. Bir çox xəstəliyə faydalı olan lavanda yağını su ilə qarışdırıb dəriyə çəkmək olar.

# 2319
avatar

Oxşar yazılar