Yumşaq və baxımlı əllərə sahib olmağın YOLLARI
26 iyul 2021 16:00 (UTC +04:00)

Yumşaq və baxımlı əllərə sahib olmağın YOLLARI

Hər kəs yumşaq və baxımlı əllərə sahib olmaq istəyir. Bildiyimiz kimi əllərimiz ən çox zədə görən orqanlarımızdan biridir. Buna görə onlara daha yaxşı qulluq etməliyik.

Lent.az yumşaq, baxımlı və gözəl əllərə sahib olmağın yollarını sizə təqdim edir.

Əllərə ən çox nə zərər verər ?

Çox isti və soyuq su, evdə istifadə olunan təmizlik məhsulları, günəş, dəniz, soyuq və hətta torpaq da əlləriniz üçün ziyanlıdır. 

Bəs əllərinizi necə qoruya bilərsiniz ?

Su ilə ediləcək işlərdə rezin əlcəkdən istifadə edin. Ev işlərini görəndə pambıq əlcək geyinin. Bu əlcəklər qiymət baxımından da sərfəlidir.

Əllərinizi islatdıqdan sonra yaxşıca qurulayın. Əl kremi və ya losyon sürtün.

Əlləriniz tez-tez yumşaq sabunla yuyun, sonra isə bol su ilə durulayın. Gündə bir dəfə barmaqları, dırnaqları fırçalayın.

Çox da sərt olmayan süngərdaşı əlləriniz üçün faydalıdır. Dəridə olan bəzi ləkələri də çıxarmaq üçün istifadə oluna bilər.

Həftə ərzində azı bir dəfə əlləri çox yağlı kremlərlə masaj edin. Ovuc və əl üstünə masaj etməyi qəti unutmayın. Bunun üçün uyğun zaman isə gecə yatmaqdan əvvəldir.

Əgər mümkün olarsa əllərinizə vazelin sürtüb, pambıqlı əlcək taxıb yatın. Yatmaqda bir az çətinlik çəkə bilərsiniz. Ancaq səhər qalxdığınızda əllərinizin çox yumşaq olduğunu görəcəksiniz.

 Bu arada limon da əlləriniz üçün çox faydalıdır. O əllərinizin rəngi üçün də effektlidir.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

Oxşar yazılar