Yenidən peyvəndlənmə lazım olacaq –  MƏYUSEDİCİ PROQNOZ
16 may 2021 19:53 (UTC +04:00)

Yenidən peyvəndlənmə lazım olacaq – MƏYUSEDİCİ PROQNOZ

Almaniyada Peyvəndləmə üzrə Daimi Komissiyasının (STIKO) mütəxəssisləri, ölkə sakinlərinin ən gec 2022-ci ildə koronavirus əleyhinə yenidən peyvəndlənməli olacaqlarına inanırlar.

Lent.az-ın xarici mediaya istiinadla verdiyi xəbərə görə, bunu komissiyanın sədri Tomas Mertens açıqlayıb. 

“Virus bizi tərk etməyəcək. Bu səbəbdən mövcud koronavirus peyvəndləri sonuncusu olmayacaq. Gələn il hamımızın peyvəndi təzələməli olacağımıza hazır olmalıyıq”, - o, vurğulayıb.

Almaniya Sosial-Demokrat Partiyasının səhiyyə məsələləri üzrə eksperti, keçmiş epidemioloq Karl Lauterbah isə deyib ki, Almaniyada artıq payızda təkrar peyvəndləməyə ehtiyac olacaq.  Ancaq onun fikrincə, bu addım mövcud peyvəndlərin təsirsiz qalacaqsa və ölkədə koronavirus variantları yayılmağa başlayarsa, belə bir addım atılmalıdır.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4617
avatar

Oxşar yazılar