Yatmazdan əvvəl mükəmməl istehlak edilməli İÇKİ
01 iyul 2023 17:40 (UTC +04:00)

Yatmazdan əvvəl mükəmməl istehlak edilməli İÇKİ

Yatmazdan əvvəl istehlak edilməli mükəmməl içki açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Kristina Plotnikova danışıb.

O, isti südün yatmazdan əvvəl mükəmməl içki olduğunu deyib. Dietoloqun sözlərinə görə, ilıq süd, stress səviyyəsini azaldan amin turşusu olan triptofan sayəsində rahatlaşdırıcı təsirə malikdir. Ancaq bəzi insanlarda süd məhsulları yemək şişkinliyə səbəb ola bilər deyə, Plotnikova xəbərdarlıq edib.

O qeyd edib ki, bir çox otların tərkibində antioksidantlar və immunitet sistemini gücləndirən digər maddələr var.

Melissa, nanə, lavanda və kəklikotu yuxunu yaxşılaşdırır, yuxusuzluğu aradan qaldırır. Çobanyastığı, ana otu eləcə də, valerian narahatlığı sakitləşdirir və azaldır. Həmçinin çobanyastığı, şüyüd və ya zəncəfildən hazırlanan bitki çayı həzmi asanlaşdırır.

Dietoloq qeyd edib ki, keçibuynuzu meyvəsindən hazırlanan içki kakaonun dadına və bir çox faydalı xüsusiyyətlərə malikdir. Bu içki yuxunun keyfiyyətini yaxşılaşdırır, çünki tərkibində təbii barbiturat laykopodin var. Keçibuynuzu həmçinin stressi azaldan və əhval-ruhiyyəni yaxşılaşdıran maqnezium kalsiumunu ehtiva edir.

"Keçibuynuzu həmçinin immunitet sistemini gücləndirməyə, bədəni xəstəliklərdən qorumağa kömək edən vitamin və mineralları, qanda qlükoza səviyyəsini tənzimləyən eləcə də, həzmi yaxşılaşdıran lifləri ehtiva edir", deyə Plotnikova vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Fidan İlqar

Oxşar yazılar