Yastıqla yatmaq  xəstəlik əlamətlərini daha da pisləşdirə bilər
30 yanvar 2026 10:56 (UTC +04:00)

Yastıqla yatmaq xəstəlik əlamətlərini daha da pisləşdirə bilər

0

Araşdırmalar göstərir ki, bəzi geniş yayılmış göz xəstəlikləri olan insanlar üçün yastıqsız yatmaq daha faydalı ola bilər. Hündür yastıqda yatmaq isə qlaukoma xəstələrində göz daxili təzyiqin artması ilə əlaqələndirilir. Bu hal boyundakı əsas qan damarlarından biri olan şah damarına düşən təzyiqlə bağlı ola bilər.

Lent.az xəbər verir ki, bu barədə Çinli tədqiqatçılar bildirir.

Araşdırmada qlaukoma diaqnozu qoyulmuş 144 nəfər iştirak edib. Qlaukoma adətən gözün ön hissəsində mayenin toplanması nəticəsində yaranır və bu, gözü beyinlə birləşdirən görmə sinirinin zədələnməsinə səbəb olur.

Tədqiqatçılar hər bir pasiyentin sağ gözündə daxili təzyiqi 24 saat ərzində hər iki saatdan bir ölçüblər. Ölçmələr həm oturaq, həm də uzanıqlı vəziyyətdə aparılıb. Daha sonra iştirakçıların başı iki yastıq vasitəsilə təxminən 20–35 dərəcə bucaq altında qaldırılıb və 10 dəqiqə sonra təzyiq yenidən ölçülüb. Bundan sonra onlardan yenidən düz səthdə uzanmaları istənilib.

Nəticələr göstərib ki, iştirakçıların üçdə ikisindən çoxunda, təxminən 67 faizində yastıq üzərində uzanarkən göz daxili təzyiq düz səthdə uzanma ilə müqayisədə daha yüksək olub.

Məsələni daha dərindən araşdırmaq üçün alimlər əlavə olaraq 20 sağlam könüllü üzərində ultrasəs müayinəsi aparıblar. Məlum olub ki, hündür yastıq mövqeyi yarema venasının dəliyinin “əhəmiyyətli dərəcədə daralmasına” səbəb olur. Bu damar qan axınının əsas keçid yollarından biri hesab olunur.

Tədqiqat müəllifləri bildirirlər ki, qlaukoma xəstələri üçün bu sıxılmaya səbəb olan yuxu pozalarından çəkinmək faydalı ola bilər. Lakin bunun uzunmüddətli strategiya kimi tövsiyə olunması üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanır.

Bundan əvvəl yayımlanan digər bir araşdırmada isə menopauza dövründə boz maddənin azalmasının qadınlarda demensiya riskini izah edə biləcəyi qeyd olunmuşdu. Yeni elmi nəticələr qadınların demensiyadan kişilərə nisbətən daha çox əziyyət çəkdiyini göstərir və alimlər bunun səbəblərini araşdırmağa davam edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar