Yaşlılar üçün  ən faydalı çörək   – DİETOLOQ AÇIQLADI
28 fevral 2023 15:11 (UTC +04:00)

Yaşlılar üçün ən faydalı çörək – DİETOLOQ AÇIQLADI

Dietoloq Marqarita Koroleva yaşlı insanları təmiz buğda çörəyi yeməyə çağırıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bu barədə müsahibəsində danışıb.

“Buğda çörəyi bağırsaqların fəaliyyətinə müsbət təsir edən liflərin çox olması səbəbindən yaşlı insanlar üçün faydalıdır. Lif həzmi yaxşılaşdırmağa və qəbizliyi aradan qaldırmağa kömək edir. Bu cür çörəklərin tərkibində B vitaminləri var. Bunlar da immunitet, sinir sistemi və maddələr mübadiləsi üçün lazımdır”, -  dietoloq bildirib. 

Bununla belə, Koroleva qeyd edib ki, hansı növ çörək olmasından asılı olmayaraq onu çox yeməmək lazımdır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Sevinc Fərid

Oxşar yazılar