Yanıq zamanı  ilk yardım necə olmalıdır? -  ARAŞDIRMA
07 aprel 2022 14:51 (UTC +04:00)

Yanıq zamanı ilk yardım necə olmalıdır? - ARAŞDIRMA

Bakıdakı gecə klubunda baş verən qəfil partlayış bir məsələni daha aktual etdi. Yanıq xəsarəti alan insan ilk anda nə etməlidir? Çünki çox adam baş verən hadisə zamanı nə edəcəyini bilmir. 

Lent.az məsələ ilə bağlı kiçik bir araşdırma edib. 

Yanıq zamanı ilk tibbi yardımın göstərilməsi ilə bağlı vacib məqamlar bunlardır:  

Əvvəlcə onu qeyd edək ki, yanıqlar dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə 4 cür olur. 

1-ci dərəcəli yanıq zamanı dərinin qızarması və şişkinliyi, 2-ci dərəcəli açıq sarımtıl rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi, 3-cü dərəcəli böyük suluqların əmələ gəlməsi ilə müşahidə olunur. 4-cü dərəcəli yanıqlar isə ağır və çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. 

Mütəxəssislər qeyd edir ki, yanıq xəsarəti zamanı xəstəyə ilkin tibbi yardımın necə göstərilməsi çox vacibdir. Əgər ilk tibbi yardım düzgün göstərilməsə, yanıq yarası daha da ağırlaşa bilər. Xəsarət alan şəxsin yanan nahiyə yanan nahiyə otaq temperaturunda, axar suyun altında yanma hissi azalana qədər tutulmalıdır. Əgər yanan hissədə qabarcıqlar yaranıbsa, onları deşmək olmaz. Yox, əgər qabarcıq çox gərgindirsə və sizdə narahatlıq yaradırsa, steril iynə ilə yavaşca deşmək mümkündür. Amma bu zaman dərinin ayrılmış hissəsini qoparmaq olmaz. Çünki yara dərinin altında tez sağalır və dərini infeksiyadan qoruyur.  

Çox təəssüf ki, bəzən evdə insanlar yanıq olan hissəyə vazelin, kartof, yağ, yağlı məlhəmlər, diş məcunu  kimi şeylər sürtürlər. Bu isə heç düzgün deyil və qəti qadağandır. Bununla siz yanan dəridən istiliyin xaric olunmasının qarşısını alırsınız. Dəri su ilə soyudulandan sonra yanıq hissəsinə “Pantenol” adlı dərman çəkmək lazımdır. Daha sonra "Betadin"lə sarğı qoyulmalıdır. Ağır və sahəsi xeyli dərəcədə böyük olan yanıqlar zamanı zərərçəkəni təmiz parça ilə bürümək, ağrıkəsici dərmanlar qəbul etmək və dərhal xəstəxanaya getmək lazımdır.

Əgər zərərçəkən uşaqdırsa o zaman antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanları yaşına uyğun dozada olmaqla vermək lazımdır. Çoxlu su, maye verməməyiniz məsləhətdir. Çünki bu ürəkbulanmasına səbəb ola bilər. Güclü yanıqlar zamanı dözülməz ağrılar yaranan zaman ağrıkəsici dərmanların qəbul edilməsi vacibdir.

Həkimlər son vaxtlar valideynlərin səhlənkarlığına görə 2 yaşına qədər uşaqların yanıq xəsarətləri almasına tez-tez rast gəlindiyini vurğulayırlar. Ona görə də valideynlər xüsusilə bu yaşlarda uşaqları yanğına səbəb olacaq maddələrdən uzaq tutmalı, yeməyi onların əli çatacaq yerə qoymamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4620
avatar

Sevinc Fərid

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14