Xroniki yorğunluq sindromunu BELƏ MÜƏYYƏN EDİN
04 dekabr 2023 12:55 (UTC +04:00)

Xroniki yorğunluq sindromunu BELƏ MÜƏYYƏN EDİN

Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır. Əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir.

Maraqlıdır, xroniki yorğunluq sindromunun diaqnozu necə qoyulur?

Lent.az xəbər verir ki, bu barədə suala Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov cavab verib.

O bildirib ki, xroniki yorğunluq sindromunun diaqnozu psixoloq, psixiatr və sahəyə uyğun digər həkimlərin birgə müayinəsi nəticəsində qoyulur:

"Öncə xəstədə olan şikayətlərin digər bir xəstəliklə əlaqəsinin olub-olmadığını araşdırmaq üçün lazım olan bütün müayinələr aparılmalıdır. Xəstədən toplanan anamnez xroniki yorğunluq sindromunda çox önəmlidir.

Xroniki xəstəliklər, eləcə də valideynlərdən genetik olaraq keçən xəstəliklər hərtərəfli araşdırılmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Fidan İlqar

Oxşar yazılar