Xoruldamaq  insanı kor edə bilər – Mütəxəssislər
02 dekabr 2023 13:02 (UTC +04:00)

Xoruldamaq insanı kor edə bilər – Mütəxəssislər

Yuxu keyfiyyətinin azalması tam korluğa səbəb ola bilər.

Lent.az xəbər verir ki, bu nəticəyə 11 il ərzində araşdırma aparan Siçuan Universitetinin mütəxəssisləri gəliblər.

Onlar 400 mindən çox xəstənin xəstəlik tarixçəsini öyrəniblər və təqribən doqquz min xəstənin qlaukoma inkişaf etdirdiyini aşkar edib.

Bundan əlavə, xoruldama və gündüz yuxululuğu qlaukomanın inkişaf riskini 11%, yuxusuzluq isə 13% artırır.

Alimlər qeyd edirlər ki, qlaukoma ilə göz içi təzyiqi artır, görmə kəskinliyi azalır və gözləri beyinlə birləşdirən sinirin atrofiyası baş verir. Xüsusilə, 70 yaşdan yuxarı insanlara yuxularının yaxşı olması və mütəmadi olaraq gözlərinizi yoxlamağı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3372
avatar

Sevinc Fərid

Oxşar yazılar