Tibbdə YENİLİK  - Qulaq pərdəsini belə bərpa edirlər
22 noyabr 2023 11:51 (UTC +04:00)

Tibbdə YENİLİK - Qulaq pərdəsini belə bərpa edirlər

Kuban Dövlət Tibb Universiteti zədədən sonra qulaq pərdəsini bərpa etmək üçün membran hazırlayıb. 

Lent.az xəbər verir ki, sözügedən layihə “Naukabiomed” forumunda təqdim olunub.

“Qulaq pərdəsinin travması nəticəsində 22% hallarda cərrahi müalicə tələb edən davamlı perforasiyalar əmələ gəlir. Bu, qulaq pərdəsinin xarici divarında ağrı, səs-küy yaxud cingiltiyə səbəb olan və eşitmə qabiliyyətinin azalmasına gətirib çıxaran deşik ya da yırtıqdır. Tipik olaraq, cərrahlar greft kimi temporal əzələ fasyasından və ya aurikulyar tragus qığırdaqından istifadə edirlər. Lakin bu əlavə əməliyyat yüksək fəsad riski ilə əlaqələndirilir”, - deyə mütəxəssislər bildirib.

Onların sözlərinə görə, hazırlanmış hidrogel bioloji parçalana bilən membran zədə sahəsini təbəqə ilə əhatə edəcək və birləşdirici toxuma lifləri onun boyunca yönəldiləcək. Beləliklə, membran qulaq pərdəsinin toxumasını bərpa etməyə kömək edəcək.

Membran yaraların sağalmasını sürətləndirməyə, mirinqoplastika zamanı travmanı və residiv riskini azaltmağa imkan verir. Bundan əlavə, bu, əməliyyat prosesini sürətləndirir. Belə ki, cərraha avtogrefti çıxarmaq üçün əlavə kəsiklərə ehtiyac olmadan, yalnız lazımi membran parçasını kəsib onu yaraya sürtmək kifayətdir olacaq. 

Membran materialının tərkibi hazırda patentləşdirilir. Ona görə də alimlər onu açıqlaya bilmirlər. Bununla belə, materialın əsas komponentinin natrium alginat olduğu məlumdur. Uzun müddət ondan insanlarda tibbi müalicə üçün istifadə edilib və təhlükəsiz olduğu sübut olunub.

“İndi membranın ilk nümunələrinə sahibik və bu yaxınlarda cərrahi texnikanı təkmilləşdirmək üçün bir dovşan üzərində sınaqlar keçirdik. İndi biz gələcək işlər üçün maliyyə axtarışdayıq”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5688
avatar

Sevinc Fərid

Oxşar yazılar