Təmiz havada gəzinti  neçə dəqiqə davam etməlidir?
16 iyul 2024 17:24 (UTC +04:00)

Təmiz havada gəzinti neçə dəqiqə davam etməlidir?

Təmiz havada olmaq sağlamlığınız üçün çox faydalıdır. Asta gəzinti zamanı insan psixoloji cəhətdən rahatlaşır, problemlərdən yayınır. Bundan əlavə, orta fiziki fəaliyyət təmin edilir. Ürək və qan damarlarına müsbət təsir göstərir.

Bəs bunun həqiqətən effekt verməsi üçün gəzinti nə qədər olmalıdır? Gündə neçə dəqiqə çöldə olmalısınız?

Lent.az xəbər verir ki, gəzintinin ən azı 30 dəqiqə davam etməsi məsləhətdir.

Hər gün təmiz havada yarım saat vaxt keçirmək sağlamlığınızı yaxşılaşdırmağa kömək edir. Bu sadə tövsiyəyə əməl edən şəxs, şübhəsiz ki, ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıracaq və əzələləri gücləndirəcəkdir. Bundan əlavə, gəzinti artıq çəkidən xilas olmaq üçün yaxşı bir vasitədir.

Müsbət psixoloji təsirləri də unutmayın: gündəlik gəzintilər sayəsində əhvalınız yaxşılaşır və stress səviyyəsi azalır. Odur ki, günlərlə evdə oturmayın. Hər gün parka və ya meşəyə gedin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Fidan İlqar

Oxşar yazılar