Süni intellektlə 15 dəqiqə ərzində disleksiya diaqnozu qoyulacaq
13 oktyabr 2024 02:43 (UTC +04:00)

Süni intellektlə 15 dəqiqə ərzində disleksiya diaqnozu qoyulacaq

Türkiyənin ODTÜ universitetində uşaqlarda disleksiyanı erkən mərhələdə və 15 dəqiqə ərzində üzə çıxaran süni intellektə əsaslanan texnologiya hazırlanıb.

Lent.az xəbər verir ki, hazırlanan texnologiya, süni intellektlə uşaqların göz hərəkətlərini analiz edərək oxuma çətinliyi olaraq təyin olunan disleksiya diaqnozunun erkən mərhələdə qoyulmasına imkan verir.

Proqram əldə edilən məlumatların mütəxəssislər tərəfindən qiymətləndirilməsini və diaqnoz qoyulmasını təmin edir.

Belə ki, bu zaman diaqnoz müddəti qısalır və bununla da təhsil, reabilitasiya kimi müdaxilə proseslərinin erkən həyata keçirilməsinə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Oxşar yazılar