Həkim səhər yeməyi ilə bağlı məşhur mifi dağıdıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Yelena Tixomirova insanda aclıq hissi yoxdursa, o zaman səhər yeməyinə ehtiyac olmadığını bildirib.
O, əlavə edib ki, əgər insan yuxudan oyanan kimi dərhal yeməsə, bir neçə saat sonra aclıq hiss etdikdən sonra yesə, sağlamlığa heç bir zərəri olmayacaq.
Həkimin sözlərinə görə, hər bir orqanizm fərdi və maddələr mübadiləsinə başlamaq üçün ilk yeməyi tez qəbul etmək lazım olduğunu bildirən qayda hər kəsə uyğun deyil.
Dietoloq vurğulayıb ki, səhər yeməyini tez yeməyə vərdiş etməyən insan enerji artımı əvəzinə özünü letarji və yuxulu hiss edə bilər. O, qastrit və xorası olan xəstələri səhər yeməyini buraxmamağa çağırıb, çünki onlar terapevtik pəhrizə riayət etməlidirlər.