Səhər yeməyi rifahımız və sağlamlığımız üçün çox vacibdir. Oyandıqdan sonra nə yediyimiz həqiqətən önəmlidir. Çünki bu, ümumi vəziyyətimizə, əhvalımıza və sağlamlığımıza təsir göstərir. Bir çox qidada qiymətli qida komponentləri var. Ancaq bəziləri var ki, acqarına istehlak edilməsi tövsiyə edilmir.
Həkimlər ac qarına yeməkdən çəkinməli olduğunuz qidaların siyahısını tərtib ediblər.
Lent.az həmin qidaları təqdim edir:
Bu siyahıya tez-tez səhər səhər yeməyinin bir hissəsi olan məşhur meyvə və içkilər daxildir.
Məsələn, səhərlər armud yemək məsləhət görülmür. Çünki onun tərkibindəki qaba liflərin yüksək olması mədə üçün təhlükəli ola biləcəyini qeyd etmək lazımdır. Buna görə də, günün əvvəlində onu çox miqdarda istehlak etmək tövsiyə edilmir.
Banan da yüksək fruktoza tərkibinə görə səhər qəlyanaltısı üçün yaxşı seçim deyil. Acqarına banan yemək qanda maqnezium səviyyəsini kəskin şəkildə artırır. Bu da ürəyin işinə mənfi təsir göstərir. Odur ki, ürək problemi olan insanlar səhər yeməyində banandan uzaq durmalıdır. Bundan əlavə, acqarına banan yemək kalium və maqnezium balansını poza bilər. Bu da gün ərzində ləngliyə səbəb olacaq.
Sitrus meyvələri meyvə turşusu ilə zəngindir və onu acqarına istehlak etmək mədənin selikli qişasını qıcıqlandıra və mədə-bağırsaq problemlərinin yaranmasına şərait yaradır.
Aç qarına qatıq yemək də tövsiyə edilmir. Çünki ac qarnında olan xlorid turşusu qatıqdakı laktik turşu bakteriyalarının faydalı xüsusiyyətlərini poza bilər.
Təzə tərəvəzlər, o cümlədən pomidor, mədə narahatlığına və mədə turşuluğunu artıra bildiyi üçün qastrit, pankreatit və ya kolit yaradır.
Səhərlər qəhvə içmək də sağlamlığınıza mənfi təsir göstərən vərdişlər arasındadır. Çünki qəhvə mədə turşusu istehsalını stimullaşdırır və mədə yanması, mədədə ağırlıq hissi yaradır. Səhər yeməyində davamlı olaraq qəhvənin əvəz edilməsi serotonin çatışmazlığına səbəbdir və gün ərzində depressiya, süstlük hissləri sizi narahat edə bilər.
Səhərə bir stəkan ilıq su ilə başlamaq vacibdir. Çünki soyuq su içmək mədənin selikli qişasına mənfi təsir göstərir və həzm prosesini ləngidir.
Acqarına saqqız çeynəmək də tövsiyə edilmir. Çünki çeynəmə prosesi həzm sistemini aktivləşdirir və selikli qişaya zərər verə bilən mədə şirəsinin arzuolunmaz ifrazına gətirib çıxarır. Bu da öz növbəsində xroniki qastrit və kolitə səbəb ola bilər.