Dermatoloq Özge Metod saxta botoksların əlamətlərini açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, estetik və gözəllik baxımından dünyada birinci yerdə olan botoks və plomb tətbiqlərinə böyük tələbat olsa da, təəssüf ki, qeyri-mütəxəssislər tərəfindən tətbiq olunmağa başlayıb.
Onun sözlərinə görə, botoks tətbiq olunduğu əzələ toxumasında sinirləri bağlayaraq əzələ daralmasının qarşısını alır və bölgədəki xətt və qırışları yumşaldır:
“Sinir uclarından neyrotransmitterin sərbəst buraxılmasını maneə törədir. Son dərəcə sadə görünən bu iynə proseduru mütləq mütəxəssis həkimlər tərəfindən tətbiq olunmalıdır. 2030-cu ildə bazar dəyərinin 10,6 milyard dollara çatacağı düşünülən botoks tətbiqləri bazar dəyərinin artması ilə birlikdə həkim olmayan insanlar tərəfindən də edilir. Botulinum toksininin internet üzərindən satan bir çox saytdan əldə oluna bilməsi, mütəxəssis olmayanların da internetdən alıb pilləkən altında dediyimiz yerlərdə bu əməliyyatları edə bilməsi böyük problemdir. Bu, son dərəcə təhlükəli vəziyyətdir. Son zamanlar saxta botoks tətbiqləri nəticəsində, allergik reaksiyalar, udma və tənəffüs çətinliyi və botulizm adlanan həyati təhlükəsi olan vəziyyətlə bağlı şikayətlərin artdığını müşahidə edirik. Saxta botoksun istehsalında standartlaşma olmadığından, tərkibində jelatin və saxaroza kimi köməkçi maddələr ola biləcəyi üçün yan təsir riski artır”.
Maraqlıdır, bəs, botoks etdirərəkən nələrə diqqət etmək lazımdır?
1. Botoks prosedurunu xəstəxana, özəl klinika, tibb mərkəzləri və poliklinikalardan başqa yerlərdə qətiyyən etdirməmək
2. Bunu edən şəxs həkim olduğunu desə, belə gözəllik mərkəzləri kimi yerlərdə botoks edilməməlidir.
3. Mövcud orta botoks qiymətlərindən çox aşağı qiymət siyasəti tətbiq edən yerlərə şübhə ilə baxmaq və onlardan qaçmaq lazımdır.