Bəzi içkilər saçları möhkəmləndirə, tökülməsinin qarşısını ala və baş dərisinin vəziyyətini yaxşılaşdıra bilər.
Lent.az xarici mediaya istinadla bu içkiləri təqdim edir:
Amla şirəsi – saç strukturunu gücləndirir, qırılmanın qarşısını alır və kollagen istehsalını stimullaşdırır. Bu içki C vitamini, antioksidantlar, dəmir, kalsium və maqneziumla zəngin olan Hindistan bektaşi üzümü (amla) meyvəsindən əldə edilir.
Kök və çuğundur şirəsi – qan dövranını yaxşılaşdırır, saçları gücləndirir və biotin (B qrupu vitamini) ilə zəngindir. Bu vitamin maddələr mübadiləsində mühüm rol oynayır və saç, dəri və dırnaqların sağlamlığını dəstəkləyir.
Aloe vera şirəsi – baş dərisini nəmləndirir, kəpəyi azaldır və saç follikullarını qidalandırır. Onun tərkibində polisaxaridlər, A, C və E vitaminləri, sink və kalium var.
Hindqozu suyu – saçların qurumasının və qırılmasının qarşısını alır. Kalium, maqnezium, B qrupu vitaminləri və antioksidantlar sayəsində mühit təsirlərindən qoruyur.
Çemen (Fenugreek/Meti) suyu – saç köklərini gücləndirir və nazikləşmənin qarşısını alır. Onun tərkibində zülallar, nikotin turşusu və leçitin var ki, bu da saçları nəmləndirir və yumşaq edir.
Pəhriz saç sağlamlığında mühüm rol oynasa da, saç tökülməsi nəzərəçarpacaq dərəcədə çoxaldıqda, mütəxəssisə müraciət etmək vacibdir.