Rentgen insan sümüklərinə dağıdıcı təsir edirmiş
24 dekabr 2022 15:25 (UTC +04:00)

Rentgen insan sümüklərinə dağıdıcı təsir edirmiş

Almaniyanın Şarite klinikasının alimləri rentgen şüalarının sümüklərə zərərli təsirini tədqiq ediblər.

 Lent.az-ın məlumatına görə, elmi işin nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Tədqiqat zamanı komanda balıq, donuz, mal-qara və siçanlardan alınan sümük nümunələrini BESSY II aparatında fokuslanmış yüksək enerjili rentgen şüalarına məruz qoyublar. Mikroskopiya üsullarının birləşməsi elektronların yaratdığı kollagen liflərinin məhvini göstərməyə imkan verib.

Həssas detektorlar sümük nümunələrində mineral nanokristallarda radiasiyanın udulması nəticəsində kollagen liflərinin zədələndiyini nümayiş etdirib.

Mikroskop altında şüaların dağıdıcı izləri aydın görünüb.

Əvvəllər hesab olunurdu ki, rentgen şüaları orqanizmlər üçün o qədər də dağıdıcı deyil, lakin yeni nəticələr bu fikrin sümüklər üçün keçərli olmadığını göstərib.

Alimlər BESSY II cihazında istifadə olunan rentgen şüalarının tibbi müayinələr üçün istifadə edilən şüalanmadan təxminən on min dəfə daha intensiv olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar