"Qripə qarşı antibiotiklərdən istifadə yanlışdır" - Həkim-terapevt
14 may 2022 13:46 (UTC +04:00)

"Qripə qarşı antibiotiklərdən istifadə yanlışdır" - Həkim-terapevt

Çox vaxt hər birimiz qripə yoluxanda ilk olaraq antibiotiklərdən istifadə edirik. 

Bəs, bu nə qədər doğrudur? 

Lent.az xəbər verir ki, həkim-terapevt Rəhilə Əliyeva bildirir ki, qrip zamanı antibiotiklərdən istifadə yanlışdır:

“Xeyr, bu yanlış yanaşmadır. Qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz. Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar”. 

Onun sözlərinə görə, qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur: 

“Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədə uyğun sayılır. Belə ki, müəyyən miqdarda vitaminlər qəbul edərək immun sisteminizi gücləndirə və xəstəliklərdən uzaq ola bilərsiniz”. 

# 1641
avatar

Aytəkin Cəlali

Oxşar yazılar