Qızılca xəstəsinə antibiotik vurmaq olarmı? - CAVAB
06 dekabr 2023 15:32 (UTC +04:00)

Qızılca xəstəsinə antibiotik vurmaq olarmı? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu qızılca xəstəliyi ilə bağlıdır.

Qızılca xəstəsinə antibiotik vurmaq olarmı?

“Qızılca virusu hava-damcı yolu ilə həssas insanları yoluxur”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı canlı yayımda danışarkən deyib.

O bildirib ki, qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür: “İnkubasion dövr minimal 6, maksimal isə 21 gündür”.

T.Eyvazov deyib ki, digər bakterial fəsadlardan olmadan antibiotik təyini olmaz:

“Qızılcaya digər bakterial fəsadların qoşulması faktı olarsa, antibiotik təyin edilə bilər. Fəsadlardan olmadan antibiotik təyini olmaz. Qızılcaya qarşı ən effektiv qoruyucu vasitə peyvənd olunmaqdır. Belə olan halda xəstəlik yüngül keçirilir və ağırlaşma olmur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9882
avatar

Fidan İlqar

Oxşar yazılar