Qışda boğaz və qulağınızı soyuqdəymədən belə QORUYUN
25 noyabr 2023 14:50 (UTC +04:00)

Qışda boğaz və qulağınızı soyuqdəymədən belə QORUYUN

Soyuqda boğaz, qulaqlar və burunları virus eləcə də soyuqdəymədən qorumaq üçün bir sıra məsləhətlər verilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə otorinolarinqoloq Vladimir Zaitsev danışıb.

Həkim ilk növbədə papaq və şərf taxmağı unutmamağa çağırıb. Mütəxəssis soyuqda telefonla uzun-uzadı danışmamaq və küçəyə çıxmazdan əvvəl saçınızı yumaq barədə də xəbərdarlıq edib.

O, başlıq və xəz qulaqlıqların papağı əvəz etməyəcəyini vurğulayıb. Soyuq şəraitdə papağın saça, alına və qulaqlara möhkəm oturması vacibdir.

Həkim əlavə edib ki, xəz qulaqcıq taxdıqda insanın frontal, parietal və temporal nahiyələri soyuyur ki, bu da burun sinuslarının, həmçinin orta qulağın iltihabına səbəb ola bilər. Şərfin faydalarından danışan ekspertin sözlərinə görə, bu aksessuar boyun və qırtlaqları soyuqdan qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4239
avatar

Fidan İlqar

Oxşar yazılar