Qəhvəni səhv içirsiniz  - Səssiscə sağlamlığınıza zərər verir
27 yanvar 2026 16:55 (UTC +04:00)

Qəhvəni səhv içirsiniz - Səssiscə sağlamlığınıza zərər verir

0

Bir çox insan səhərini qəhvə ilə açır, lakin mütəxəssislər bildirirlər ki, bəzi vərdişlər qəhvənin faydasını sıfıra endirə bilər. Sağlamlığa zərər verən ən geniş yayılmış 9 səhv arasında şəkərin həddindən artıq istifadəsi, keyfiyyətsiz dənələrin seçilməsi və kofeinin normadan artıq qəbulu kimi məqamlar var.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ən çox rast gəlinən səhvlərdən biri qəhvəyə həddindən artıq şirin qaymaq və sirop əlavə edilməsidir.

Aromatlaşdırılmış əlavələr bir fincan qəhvəyə onlarla əlavə kalori və çoxlu şəkər qatır. Mütəxəssislər belə əlavələrin yerinə az miqdarda şəkərsiz bitki mənşəli süd istifadə etməyi və ya qəhvəyə darçın, muskat qozu, kakao kimi ədviyyatlar qatmağı məsləhət görürlər.

Digər ciddi problem isə şəkərin və süni şirinləşdiricilərin normadan artıq istifadəsidir. Hətta bir neçə qaşıq sirop belə qəhvəni adi içkidən çıxarıb şirin desertə çevirə bilər.

Həkimlər həmçinin ucuz və ya orqanik olmayan qəhvənin seçilməsinin də riskli olduğunu bildirirlər. Çünki aşağı keyfiyyətli qəhvə dənələrində pestisid qalıqları ola bilər və bu maddələr zamanla orqanizmə mənfi təsir göstərə bilər.

Mütəxəssislər qəhvənin həddindən artıq miqdarda və yanlış vaxtda içilməsinə qarşı da xəbərdarlıq edirlər. Kofein bədəndə 14 saata qədər qala bilər və xüsusilə günün ikinci yarısında içildikdə narahatlıq, yuxu pozuntusu, həzm problemləri yarada bilər. Eyni zamanda qəhvəni acqarına içmək də bəzi insanlarda mədə narahatlığına səbəb ola bilər.

Dietoloqlar su balansına da diqqət etməyi tövsiyə edirlər. Qəhvə birbaşa susuzlaşdırmasa belə, o, suyun yerini vermir və gün ərzində kifayət qədər su içmək vacibdir.

Digər risklər arasında şəkəri çox olan hazır mağaza qəhvələrinin müntəzəm istifadəsi, faydalı təbii əlavələrin nəzərə alınmaması, eləcə də plastik qəhvə aparatları və kapsullardan istifadə göstərilir. Qızdırıldıqda bu materialların bəzi zərərli maddələr buraxa biləcəyi qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar